Mitəhi kəndinin sakini Həmzəyev Əhmədxan Müşviqoviç Ukrayna ərazisində xüsusi hərbi əməliyyat zonasında hərbi xidmətlərinə görə mükafatlara layiq görülüb.
Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə Əhmədxan Həmzəyev Xüsusi Hərbi Əməliyyatda iştirak edərkən hərbi əməliyyatlarda göstərdiyi fədakarlığa və şəxsi cəsarətə görə Jukov medalı, habelə Rusiya Federasiyası Müdafiə Nazirliyinin əmri ilə I və II dərəcəli «hərbi Şücaətə görə», «xüsusi hərbi əməliyyatın iştirakçısı», «hərbi xidmətdə 5 il»medalları ilə təltif edilmişdir.
Əhmədxan ilk günlərdən Ukraynada Xüsusi Hərbi Əməliyyat zonasında döyüş tapşırıqlarını yerinə yetirir.