DTİİ-nin ƏSASINDA “DAĞISTANIN ZEMSKİY MÜƏLLİMİ” ASSOSİASİYASI YARADILMIŞDIR

Dağıstan Təhsilin İnkişafı İnstitutunda Dağıstan Respublikasının ümumi təhsil sistemində Reqional təhsil və metodiki birliyinin yığıncağı keçirilmişdir.
Yığıncaqda Dağıstan Təhsil və Elm nazirliyinin ümumi təhsilin inkişafı İdarəsinin müdiri Lyudmila Şabanova, Qayakənd təhsil İdarəsinin müdiri Rəşid Rəşidov, Təhsilin İnkişafı İnstitutunun müəllimləri və “Zemskiy müəllim” proqramının iştirakçıları qatılmışlar.
Yığıncaqda RİTİ-də “DR-də Zemskiy müəllim” proqramının tətbiqi haqqında” məsələ müzakirə edilmişdir. Sualı hazırlarkən DTİİ-nin müəllimləri “Zemskiy müəllim” proqramına qatılan pedaqoqların çalışdığı məktəblərə getmiş, onların yaşayış şəraiti ilə tanış olmuş, dərslərdə iştirak etmiş və məktəb direktorları ilə görüşmüşlər.
Həyata keçirilən işlərin təhsili göstərir ki, müəllimlər özləri üçün yeni şəraitdə uğurla adaptasiya etməyi bacarıb, kollektivdə nüfuz qazana bilmiş, ən əsası isə məktəbdə tədrisin keyfiyyətini və nizam-intizamı təmin etməyə müvəffəq olmuşlar.
Müəllimin peşəkar metodiki bacarıqlarını artırmaq üçün çox işlər görülür”, — dedi DTİİ-nin rektoru Həmzət Camaludinov.
İnstitutun kafedralarında respublikanın təhsil təşkilatlarının ən yaxşı müəllimləri arasında hər müəllim üçün bir hami-tərbiyəçi təyin edilmiş, hansı ki, lazım olduqda onlara əyani və uzaq məsafədən, distasion olaraq metodiki kömək göstərəcəklər.
Eyni zamanda, sahədəki peşəkar səriştələrin artırılması üçün tapşırıqların icrası ilə bağlı bir sıra problemlər mövcuddur. Belə ki, məktəblərin fənn metodiki birlikləri tərəfindən gənc mütəxəssisə göstərilən praktik metodiki kömək lazımi səviyyədə deyildir.
Yığıncaq-müşavirənin nəticələrinə əsasən DTİİ əsasında “Dağıstanın Zemskiy müəllim” assosiasiyasının yaradılması da daxil olmaqla, bir sıra qərarlar qəbul edilmişdir.