Dağıstanda Məhərrəmlik matəm ənənələri rəsmi olaraq Dərbənd xanlığı dövründən mövcud olub. Dərbənd xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra və dini haram edən, din xadimlərini təqib edən sovetlər dövründə onların fəaliyyəti kəsilmədi.
Dəyirmi masada YUNESKO-nun elm, ictimaiyyət, KİV nümayəndələri və din xadimləri iştirak ediblər.
Dərbənd tarixi Cümə məscidinin axundu və imamı Hacı Seyid-Haşim Mirteyibov, Dərbənd şəhərinin alimləri Hacı Eldar İbrahimov, Hacı Seyid — Nağı Mirteyibov, Hacı Tehran Ağayev, tarixi Cümə məscidinin sədri Seyid Yəhya Seyidov, Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri Kamal Məcidov, Elizbar Aslanov, Polad Nemətullayev, “Dərbənd” qəzetinin baş redaktoru Tərlan Ələkbərov, YUNESKO-nun Şimali Qafqazda mənəvi ənənələrin, onların mədəniyyətlərinin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli tədqiqi şöbəsinin müdiri Gülçöhrə Seyidova, ilahiyyatçı və «Əhli-Beyt» xeyriyyə fondunun direktoru Janna Kutaşeva.
Müzakirələr zamanı dəyirmi masanın moderatoru Kərbəlayi Nobel Dağıstanda Məhərrəm ayının adət və ənənələrinin qorunub saxlanması və inkişafı ilə bağlı suallar qaldırıb.
Qaldırılan məsələlərin müzakirəsindən sonra dəyirmi masanın nəticələrinə yekun vuruldu:
-bir il müddətində Dağıstanda Məhərrəmlik ənənələrinə həsr olunmuş muzey yaratmaq;
— “Dərbənddə Məhərrəmlik ənənələri” muzeyinin yaradılması barədə əhalinin məlumatlandırılması;
— Məhərrəm ayında rus dilində xütbələr oxumaq;
— Kərbəla faciəsinin teatrlaşdırılmış səhnələşdirilməsi — “şəbih” keçirilməsi ənənəsinin bərpası;
— uşaqlar və gənclərlə mənəvi tərbiyə işinin aparılması;
— Məhərrəm ayı çadırlarının işini yaxşılaşdırmaq və bütün müsbət və mənfi cəhətləri müəyyən etmək məqsədilə əlavə iclas keçirmək.
Həmçinin, nəzərdə tutulan məqsədlərin hər bir bəndi üzrə məsul şəxslər seçilib və onların həyata keçirilmə müddəti müzakirə olunub.
Dəyirmi masanın təşkilatçısı Hacı Surxay Aslanovun sözlərinə görə, bu mövzu çoxdan yetişib və çox aktuallaşıb. Bir araya gəlib bir çox məsələləri birlikdə həll etməyimiz və bu istiqamətdə addım-addım daha yaxşı işləməyimiz lazımdır.