Dünya yaxşısı və pisi ilə

Dünyanın quruluşu maraqlalı hadisələrlə başlayır.
Dünya ilk öncə bir məktəbdir, bizlər də bu məktəbin şagirdləriyik. Bu məktəbin bir çox fakultelari var, hərəmiz birinin tələbəsiyik. Kimi əla qiymətlərlə başa vurur, kimi ən aşağı qiyməti də ala bilmir. Bu məktəbin, çox ağır təcrübələri var. Kimi bu təcrübədən üzü ağ çıxır, kimi isə …
Dünya həmdə böyük və ucu bucağı görünməyən səhnədir, bizlər də bu səhnənin aktyorlarıyıq. Kimi bir obrazda olur, kimi bir neçə obraz yarada bilir. Bütün bu səhnədə qurulan tamaşaların ssenari müəllifi isə, O Tək Allahdır. Onun yazdığı ssenarini heç kimsə dəyişə bilməz. Bu səhnənin baş rollarını bəzən elə insanlar oynayır ki, onlar elə bilir bu dünyada ömürlükdürlər. Amma bir az düşünsək, ömürlük heçnə yoxdur. Səhnədə rolumuz bitəndən sonra ki, həyatımızı düşünməliyik, amma biz bunu etmirik. Bir obrazda olan öz oynadığı obrazını səhvsiz və təmiz oynamaqüçün çalışır. Bireçə obrazı yaradan isə, hər bir rolunu ustalığla oynamağı bacarır.
Dünya həm də, böyük bir okiandır. Bu okianın içjndə, cürbəcür balıq və tülenlər olur. Onların da arasında, digərlərinə zərər vermək istəyənləri də olur. Okianı özününkü sayan, başqalarının haqqlarını da öz əllərinə keçirən balığlar olur. Sadəcə o balıqlar anlaya bilmirlər ki, özləri gəldi gedərdi, okian isə öz yerində qalır.
Dünya bəm də, bir ailədir. Bu ailədə də, qardaş qardaşa, bacı bacıya, ana balaya, bala ataya pislik edir və ya əksi də olur. Ailənin də böyüklüyünü özündə saxlamaq istəyən ailə üzvü olur. Yəni hamıya ağalıq edən, hər kəsi özünə tabə etmək istəyən biri mütləq olur.
Dünya həm də, böyük bir dairədir, çətinliklərə dözə bilməyənlər, burdan qaçmaq istəyir və qaçır. Nə qədər qaçsa da, yenə də həmin yerə geri dönür. Çünki, dairə eyni qaydada hər tərəfi əhatə edir.
Dünya həm də, bir şəffaf bulağdır, biz onun suyunu aldığca bitmir, çünki biz nə qədər onun suyunu alsaqda onun davamı gəlir.
Dünya insanların evidir, hamının yolu bu evdən keçir. Düynanın iki qapısı var, biri bu dünyaya gəldiyində içəri girmək üçündür. Digərı isə zamanın gəldikdə ordan çıxıb getmək üçündür. Dünyanın qapısı heç vaxt bağlanmır, onun qapısı qıfılsız olur. Dünya yeganə bir evdir , heç vaxt onun qapısı bağlanmır və onun qıfılı olmur. Bir sözlə biz hamımız bu dünyanın sakinləri və ailə üzvləriyik. Biz bura gəldiyimizdə, necə əliboş gəlirik sə, gedərkən də eləcə əliboş gedirik. Sadəcə bizdən sonra, bizim bu dünyada yaşadığımız müddətdə etdiyimiz əməllərin təsiri qalır. Biz bu dünyanı elə tərk etməliyjk ki, rəhmət apara bilməsək də, ləhnət də aparmayaq. Dünya nağıllarla, həkayələrlə, sirrlərlə dolu bir aləmdir. Hər kəsə mənalı ömür və gözəl əməllərlə yadda qalmağı arzu edirik.

Z. Dərbəndli