ELM DƏRYASININ, PARLAQ DAMLASI

Seyidova Gülçöhrə Nadirovna, ata soyadı Ələkpərova. 1959 cu ildə, Dağıstan Respublikasının Dərbənd şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1967 ci ildə, Dərbənd şəhər 3 saylı orta məktəbə birinci sinifə gedib. 1977 ci ildə, orta məktəbi fərqlənmə atestatı ilə bitirib. Biliyi son dərəcə hər kəsi heyran edən bu yeniyetmə qız, hələ orta məktəbdə oxuyarkən, məktəbin nəznində yaradılan Komsomol təşkilatının şəhər komitəsinin üzvü olub, sonra isə komsomol komitesinin katibi olub. Orta məktəbi fərqlənmə ilə bitirir, Dağıstan Dövlət Universitetinin fizika fakultesinə daxil olub. 1982 ci ildə, Universiteti fərqlənmə diplomu ilə bitirir, həmin il Volna Elmi araşdırma institutunda mühəndis texnolog vəzifəsndə çalışmaqa başlayıb. Sonra Dərbənd şəhər, 4 saylı orta məktəbdə fizika müəllimi vəzifəsində şalışıb. Çalışdığı müddətdə, məktəb kollektivi arasında öz hörmət və rəğbətini qazana bilib, Dərbənd şəhər 4 saylı orta məktəbdə, 1998 ci ilə qədər çalışıb, orda çalışarkən 1992 ci ildən Dağıstan Dövlət Universitetinin Dərbənd filialında fizika fakulteəsində dekan vəzifəsinə təyin edilib. Gülçöhrə Nadirovna, filialın birinci dekanı olaraq, öz vəzifəsini layiqincə yerinə yetirə bilib. Onun çalışdığı hər yerdə, özünü sevdirə bilib, mehriban, xoşxasiyyət, ana kimi qayğıkəş. Uşaqlarla uşaq, böyüklərlə böyük kimi şirin rəftarına görə, bu gözəl ürəkli insanın, xətrini hər kəs çox istəyir. Çünki, kimsənin qəlbini qırmadan hər bir problemi həll etməyi bacarır. 1992 ci ildən bəri, Gülçöhrə Nadirovna həmin universitetdə öz vəzifəsində çalışmaqa davam edit. 2006 ci ildə, YUNESKA-nın beynəlxalq eksperti, 2015 ci ildən isə, YUNESKA-nın şımalı qafqazın
dini və elmi məsələlər üzrə kafedra bölməsinə başçılıq edir. Və dinin yüksəlişi barədə elmi işlər üzrə çalışır. Gülçöhrə xanım, YUNESKA elm və din haqqında araşdırmalar aparmaqda davam edir, onun hər hesabatı təqdirə layiqdir. Gülçöhrə xanım Dağıstan Dövlət Universitetində hüquq və humanitar disseplini filialında çalışır, 2005 ci ildə Dağıstan Respublikasının əməkdar müəllimi fəxri ada layiq görülüb, bu da onun zəhmətinə verilən ən böyük dəyərdir. 2016 ci ildə Gelemjan Naborodi adına beynəlxalq konfransda Rusiya müftiyat təşkilatının ruhani idarəsi adından «Ruhanı birliyi» medalı ilə tərtif edilib. 2020 ci ildə beynəlxalq forumda Kazan federal universitetində, planet barışı tərəfdarı kimi
«Dünyanın gülü» adlı qızıl medala layiq görülüb. Gülçöhrə Nadirovna həm müəllim, həm professor kimi öz işinə-peşəsinə layiqincə, canı ilə yanaşan insandır. Bütün mükafatlar ona görədir ki, dərs dediyi istər şagird, istərsə də tələbələrin beyninə, elmin dərinliyini, dahiliyini və bütün bunların insan həyatında necə bir vacib rolu olduğunu çatdıra bilir. Gülçöhrə xanım muzeydə də çalışır, onun kollegaları, onun insanı xasiyətlərindən ağız dolusu danışırlar. Çünki bu insan, hər bir sahədə yüksəkdir, insanda ola biləcək, hər bir xüsusiyyət ba xanımda var. İnsanda olan ən uca və üstün cəhət də, elə insanlıqın özüdür. Əsil insan övladında, anlayış, mərifət olmalıdır, bütün sadaladıqlarımın daha çoxu bu evdar, işgezar, qayğıkeş insanda var. Bir az onun xidmət etdiyi, yuneskodan bəhs edək. Bu yunesko unitwin beynəlxalq elmi şəbəkəsidir, bu şəbəkələr çərçivəsində yunesko təşkilatının mənəvi, üç dinin mədəniyyətindən, dinlərarası dioloqdan ayrılmaması üçün yeganə təşkilatdır.. Dmitriy Likaçov adına mədəni irs institutunun şimal-qərb filialı əsasında bütün Şimali Qafkazı əhatə edən bu birlik, Yunesko təşkilatçılarının dinin möhkəmlənməsi, hər dinin qorunub saxlanması üçün vacibdir. Bu institut, həm dini həm mədəni irsi təbliğ edən bir vasitədir. Elm adamları bu barədə çoxlu kitablar, elmi məqalələr yazıb. Hər üç dinin birləşdirildiyi institut, çox böyük işlər görməklə yanaşı, elmi gələcək nəsillərə çatdırmaq üçün çalışırlar. Bunu da qeyd etmək lazımdır ki, Gülçöhrə Nadirovnanın yunesko nəznində bu günə kimi nəşr etdiyi elmi yazılarının sayı 176 dır.

5 monoqrafiya, bir çox təqdimatları, eləcə də xaricn də daxil olmaqla müxtəlif beynəlxalq forumlarda, İran İslam Respublikası, Yunanıstanın Rodos adası mədəniyyətinin dialoq formasıdır. Gülçöhrə xanım Rusiyanın bir çox şəhərlərində Moskvada, Sankt -Peterburqda, Kazanda. Bolqarıstan İslam respublikasının akademiyaları ilə də daima əməkdaşlıq edir. Əlbətdə ki başda, Dağıstanın paytaxtı Mahaçqala şəhəri olmaqla. Stavropol bir müddət əvvəl «Xalqlar dostluğu» İnstitutu ilə bu foruma rəhbərlik edib. Groznı, Bakı, qeyd etmək lazımdır ki, yunesk əməkdaşları, Gülçöhrə Nadirovna başda olmaqla bu şəhərlərlə davamlı əməkdaşlıq edirlər. Gülçöhrə Nadirovnanın özünün bir çox elmi yazısı, məqaləsi var. Onunla söhbət zamanı, insan bilmədiklərinə də sanki yiyələnir. Onun insani cəhətləri o qədər çoxdur ki, bəzən bu hal belə insanı düşündürür. Bəlkə bu insan, dinə daha yaxın olduğu üçün mü, bu qədər mülayim, mehribandır. Onu ilk dəfə görən insanlar belə, onunla yad kimi reftar edə bilmir. Çünki o, insanları həmin dəqiqə özünə doğmalaşdıra bilir.
Onunla söhbət zamanı, insan bir anlıq onun yerində olmaq istəyir səbirli, təmkinli. Bu da ondan irəli gəlir ki, onunla söhbət etmək insanın ruhunu qidalandırır , rahatlayır. Ailəlidir, aman zaman bir oğlu var, iki oğlan bir də mələk kimi qız nəvəsi var. Onun evində qonağ oldum, özü deməsəydi, elə biləcəkdim ki evindəki xanım qızıdır. Bir birinə olan mehriban və anlayışlı münasibət hər şeydən xəbər verirdi. Nəvələri ilə arada pərdə, yəni ailə də hər kəs öz yerini bilir. Bir sözlə, hər bir ailəyə örnək ola biləcək bir əsil ailə toblusu gördüm. Hər bir çalışdığı yerin insanları, bu insanın necə bir şəxsiyyət, necə bir ziyalı olduğunu ağız dolusu söyləyir. Mən mən deyib özünü dartmaması, hər kəsin yerini bilən. Xüsusən də özünün, sözünün yerini bilən ziyalıdır Gülçöhrə xanım. Gülçöhrə Nadirovna Seyidova, bu gözəl xanımı tanıtmaq üçün, elə də tanıtım gərək deyil. Çünki, onun adını çəksə yetərlidir. Gülçöhrə xanım elə əvvəldən öz üzərində çalışan, özünü yazdıqlarını özü imtahan edən. Yazdığı hər kəlmənin çəkisini bilən, mən deyərdim ki, yaşı üçün çox müdrik, dünyagörmüş qadındır. Öz elmi hesabatları ilə, hər bir tədbirdə çıxışı, sevilər qarşılanır. Yazdığı hər bir elmi işinin, məqaləsini dərin düşüncələrlə ərsəyə gətirib oxuculara və dinləyicilərə çatdıra bilir. Gülçöhrə Nadirovna həm pedagog kimi, həm bir elmi işçi kimi, həm ailə başçısı Ana kimi. Hər kəsə nümunə ola biləcək, hər kəs tərəfindən dəyərləndirilən, sevilən şəxsiyyətdir. Onun məruzələrini dinləkdikcə, hər kəs sanki elmə yiyələnir. Bəlkə də o üzdən Gülçöhrə xanımın, hər bir çıxışı, böyük-kiçik tərəfindən yüksən qarşılanıb.

Rusiya və Azərbaycan Yazıçılar birliyinin üzvü, şair, nasir, dramaturg. Nəğməkar şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zeynəb Dərbəndli.