Respublika Ailə Sağlamlığı və ReproduksiyaMərkəzinin həkim-endokrinoloqu Ziyarat Bijamovaalkoqolun hamiləliyə və gələcək körpənin sağlamlığına təsirindən danışıb. Bu barədə Dağıstan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Hamilə qadının içdiyi spirtli içki qanla uşağın orqanizminə daxil olur. Körpənin bütün orqanlarına dağıdıcı təsir göstərir. Hamiləlik dövründə spirtliiçkilərin qəbulu, ölü doğuş, uşağın yarımçıq düşməsi, həddindən artıq aşağı bədən çəkisi ilə doğulma riski və vaxtından əvvəl doğulmuş uşağın doğulması, əlilliyə qədər əqli gerilik, əqli qüsurlar körpədə anadangəlmə qüsurlara səbəb olur. Və qəfil körpə ölümü sindromuistisna edilmir.
Hamiləlik dövründə spirtli içki qəbul edən analardandoğulan uşaqlar aşağıdakı psixi pozğunluqlardanəziyyət çəkirlər: əqli zəiflik, diqqətin pozulması, yaddaş proseslərinin pozulması, davranış pozğunluğu, nitq və ünsiyyət problemləri.
Rusiya Sağlamlıq və Təhlükəsizlik Mərkəzinin endokrinoloqunun fikrincə, həkimlər tərəfindən sübutedilmişdir ki, yalnız alkoqoldan tamamilə imtinaqadına gələcək körpəsinin sağlamlığı üçün ciddinəticələrdən qaçmağa imkan verəcəkdir.
Bunun üçün gələcək valideynlər, xüsusən də qadın hamiləliyin planlaşdırılmasına şüurlu şəkildə yanaşmalı, tərkibində spirt olan hər hansı maye və hətta az spirt olan kokteyllərdən istifadə etməkdən imtina etməlidir. Hətta alkoqolsuz pivə də qadağandır,çünki tərkibində kiçik dozalarda etanol var.
“Xroniki alkoqolizm olduqda, bu xəstəlikdən xilasolmaq üçün tam reabilitasiya kursu keçdikdən sonrahamiləlik planlaşdırılmalıdır. Bu vəziyyətdə gələcək analıq yalnız iştirak edən həkimin rəyi və tövsiyələri nəzərə alınmaqla planlaşdırıla bilər » -məlumatda bildirilib.
Beləliklə,hələ doğulmamış körpənin sağlamlığını və öz sağlamlığınızı bu yolla xilas edə bilərsiniz.
Musa Əhmədov
Rus dilindən tərcümə etdi:Mirhəmidova S.V