Fazu Əliyeva-90


Dekabrın 14-də Dağıstanskiy- Ogni şəhərinin İ.A. Ağabalayev adına Tibb Kollecinin akt zalında. Dağıstanın Xalq şairi Fazu Həmzətovna Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “Məni belə xatırla” adlı xatirə gecəsi keçirib. Kollecin fakültəsində şairənin kitablarından ibarət sərgi açılıb. Şagirdlərin hazırladıqları divar qəzetləri gecəyə xüsusi rəng qatıb. Qonaqları milli geyimli tələbələr qarşılayıblar.
Tədbiri,
Hörmətli qonaqlarının ünvanına salamlama və səmimi sözlərlə “RGMK”nın direktoru sosiologiya elmləri namizədi T.M. Sofya Hibibullayevn Əhmədova açıb. O qeyd etdi ki, «Çoxmillətli Dağıstanın yerli ədəbiyyatının bütöv bir dövrü Fəzu Əliyevanın adı ilə bağlıdır. Onun əsərləri artıq, bizim gənc nəsil üçün bir məktəbdir. Və mən inanıram ki, bu məktəbi bizim gənclər uğurla keçə biləcəklər.»
Tədbirin qonağları Dağıstanskiy Ogni şəhər dairəsi deputatlarının sədri Nəsrəddin Babayev, Dağıstanskie Oqni şəhərinin təhsil şöbəsinin sədri Şamil Xametov,
Rusiya Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Təhmiraz İmamov, Azərbaycan Dövlət Dram Teatrının aktyorları Dağıstan Respublikasının əməkdar artisti Məhərrəm Ömərov və Rusiya, Azərbaycan, Türkiyə Yazıçılar Birliyinin üzvü, nəğməkar şairə Zeynəb Dərbəndli, DR əməkdar müəllimi Çimnaz Zalbəyovna idi.
Tədbir iştirakçılarının hər biri, Fazu Əliyevanın poeziyasını ümumbəşəri sülhə və əminamanlığa çağırışı olaraq qeyd etdilər. Zeynəb Dərbəndli, şairə sözlərinə, Elmir Mədətoğlunun bəstələdiyi «Ana» mahnısını ifa edib. Mahnının sözlərini Azərbaycan dilinə, şair-tərcüməçi, Rusiya və Azərbaycan Yazıçılar birliyinin üzvü Fəxrətdin Oruc tərcümə edib. Məhərrəm Ömərov, Zeynəb Dərbəndlinin sözlərinə bəstələnmiş «Ulu Dərbəndim» mahnısı ilə çıxış edib. Təhmiraz İmamov, Fazu Əliyeva ilə olan, marağlı tanışlığını danışaraq çıxış edib. Şagirdlər Fazu Əliyevanın şeirlərini söylədilər və onun poemalarından, əsərlərinxən səhnəciklər göstəriblər.
Tədbiri , Çimnaz İmamova hazırlamışdı. Tədbir çox gözəl və yüksək səviyyədə keçib. Tədbirin rəsmi hissəsi bitdikdən sonra, kollecin rəhbərliyi, dəyərli qonağlar üçün gözəl bir çay süfrəsi qurublar.
Bu il ərzində, Fazu Əliyevaya həsr olanan bir çox tədbirlər qeyd edildi. Fazu, insanları yaxşılığa, ədalətə, doğma torpağa məhəbbətə, böyüklərə hörmətə aparan yoldur.
H. Aslanıv