Sankt-Peterburqda keçirilən “Malomu biznesu-bolşuyu polku”( «Kiçik biznesə — böyük rəf») adlı kiçik biznessahəsində tərəfdaşların I Federal Konfransı çərçivəsində Dağıstan hökumətinin sədri AbdulmuslimAbdulmuslimov və Federasiya Şurası sədrinin birincimüavini Andrey Yatskin işgüzar görüş keçiriblər.
İclasda həmçinin Federasiya Şurasının Aqrar və Ərzaq Siyasəti və Ekoloji İdarəetmə Komitəsinin sədri Aleksandr Dvoynıx, “Daqmeliovodxoz” FGBU-nun rəhbəri Zalkip Kurbanov, Dağıstan Respublikası Sahibkarlıq və İnvestisiya Agentliyi rəhbərinin birinci müavini Quseyn Quseynov və qeyriləri iştirak ediblər.
Abdulmuslimovun sözlərinə görə, TPM-lərinin tikintisinin aktuallığı respublikada xırda təsərrüfatçılığın inkişaf etdirilməsi ilə bağlıdır. Dağıstanlı fermerlərin bütün məhsulları bu mərkəzlərə getməlidir, orada sertifikatlaşdırılacaq, çeşidlənəcək və kalibrlənəcək.
Mərkəzlərin respublikanın şimalında, cənubunda və mərkəzi hissəsində yerləşdirilməsi təklif olunur. TPM-lərınin tikintisi üçün yer seçilərkən məhsulun fermerlərə daşınması xərclərini minimuma endirmək üçün onların yerləşdirilməsinin birbaşa istehsal bazalarına yaxınlığı nəzərə alınacaqdır.
Öz növbəsində Federasiya Şurasının nümayəndələri buideyanı dəstəkləyib və böyük ərzaq pərakəndə satış şəbəkələrini idarə edən Rusiyanın pərakəndə satış şirkəti X-5 Group ilə birgə işləyəcəklərini vəd ediblər.
Aleksandr Dvoynıxın şərh etdiyi kimi, maliyyə və texnoloji model üzərində qərar vermək lazımdır və vurğuladı ki, bu obyektlərin tikintisi üçün federalsubsidiyalar almaq üçün respublika TPM-lərin tikiləcəyi torpaq sahələri və onlara kommunal infrastruktur məsələsini həll etməlidir.
S. Mamayev