Qloballaşma dövründə kütləvi informasiya vasitələri qarşısında duran vəzifələr getdikcə çətinləşir və yeni çağırışlara səbəb olur.
Buna görə də KİV-lər yeni layihələr həyata keçirərək geniş oxucu ayditoriyasının rəğbətini qazanmaqdan ötrü yeni formatlardan istifadə etməli olur. Bu gün dünyada gedən prosesləri düzgün və vaxtında oxuculara çatdırılması kimi vacib bir məsələ həllini tələb edir. Xüsusi ilə sosial şəbəkələrin qeyri obyektiv olması insalarda narahatçılıq yaradır. Hansı informasiyanın düzgün olduğunu ayırd etmək getdikcə çətinləşir. Bələ bir şəraitdə mətbuat orqanlarının işində də qeyri adi çətinliklər yaranır. Məlum olduğu kimi 14 dildə respublika qəzeti və bir neçə özəl redaksiyalar mövcüdür. Belə bir şəraitdə mətbuat orqanlarının işində nələr baş verdiyini yəgin ki, çoxları bilmir.
Sovetlər dövründə fərqli olaraq kitaba, dövrün mətbuata marağı çox azalmışdır. Digər tərəfdən respublikada iqtisadiyyatın inkişafı günün tələblərinə cavab verə bilmir.
«Dərbənd» respublika ictimai siyasi qəzeti respublika da vaxtı ilə jurnalistikanın inkişafında yeni onun təməlini qoyulmasında böyük rol oynamışdır. Ötən əsrin əvvəllərində «Dağıstan fuqarası» adı ilə nəşr olunan bu qəzet Cənubi Dağıstan da yaşayan xalqların yeganə mətbuat orqanı olmuşdur. Bu gün həmin qəzet «Dərbənd» adı ilə nəşr olunur, respublikadada, Rusiyada və xarici ölkələrdə baş verən hadisələri vaxtında işıqlandırmağa səy göstərir.
Ötən həftənin cümə günü növbəti dəyirmi masa təşkil olunmuşdu. Dəyirmi masaya fəal oxucular, şairlər, elm təhsil və mədəniyyət işçiləri dəvət olunmuşdu.
Onlar öz çıxışlarında son bir neçə ildə qəzetin işində baş vermiş müsbət deyişikliklərdən danışaraq lazımi təkliflər irəli sürürdülər.