“Gələcəyi yaşıllaşdıraq” aksiya iştirakçılarənı dəstəkləyirik

İnsanların yaşayış tərzi,maddi rifaf halı təbiətlə,təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır.Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların borcu, vəzifəsidir.Təbiəti qorumaq ümumdövlət işi,ümumxalq işidir. Təbiət bizim sərvətimiz, var-dövlətimiz,məişətimizin,həyatımızın bir hissəsidir.Biz onu qorumalı, inkişaf etdirməliyik.Son dövrlərdə yaşıllığa verilən diqqət,parkların,ağacların salınması təqdirəlayiqdir.Bunun davamı olaraq may ayında “Gələcəyi yaşıllaşdıraq” aksiyası gənclər təşkilatlarını və şəhərin gənclərini, ümumiyyətlə şəhər sakinlərinin də bir qismini bir araya toplaya bildi. Bu aksiya Dərbənd Qoruq muzey idarəsinin “Xəzər dənizinin təbiəti”bölməsinin kollektivi tərəfindən təşkil olunmuşdu.Dərbənd şəhər Qoruq muzey idarəsinin “Xəzər dənizinin təbiəti” bölməsinin müdirəsi Aidə Çingizovna Ələkpərova aksiya barədə məlumat verərək bildirdi ki: ”Ölkəmizdə hər il yazda “Ümumrusiya meşə əkin günü” adı altında ekoloji aksiya keçirilir. Bu aksiya Federal meşə təsərrüfatı agentliyi tərəfindən həyata keçirilir.Dərbənd şəhər Qoruq muzey idarəsinin “Xəzər dənizinin təbiəti” bölməsinin kollektivi də bu təşəbbüsə həvəslə qoşularaq “Gələcəyi yaşıllaşdıraq” adı altında ağaclar, güllər əkməklə aksiyanı davam etdirməyə qərar verdi .Bu aksiyanın əsas məqsədi ondan ibarətdir ki, gənc nəsli ekoloji cəhətdən tərbiyə edək , təbiətə, ətraf mühitə qarşı onlarda qayğı hissini gücləndirək. Hamımızın məqsədi xalqın sərvətinə qayğı ilə yanaşmaq, meşələrimizin, parklarımızın daha da inkişaf etməsi, gözəlləşməsi üçün səy göstərməyə çalışmaqdır.Bu aksiyaya əsasən şəhərin ali və orta ixtisas məktəblərinin tələbələri qoşularaq şəhərimizdə aparılan bu yenidənqurma işlərində yaxından iştirak etmək istədiklərini bir daha əyani şəkildə göstərdilər. Onu da deyim ki,çox sevindirici haldır ki, yoldan ötənlər də biganəlik göstərməyrək bizə qoşuldular və aksiya iştirakçılarıpna şevrildilər.Əlbəttə biz bu tələbələrə və onların rəhbərlərinə bizə yardımçı olduqlarına görə öz minnətdarlığımızı bildiririk. Bə eləcə də Dərbənd şəhər əhatə dairəsinin bağ və parksalma, yaşıllaşdırma idarəsinin rəhbərliyinə də bizə göstətdikləri yardıma, yəni əkin materialının və onu əkmək üçün yer ayırdıqlarına görə minnətdarlığımızı bildiririk.Demək istəyirəm ki, biz çalışacağıq ki,təbiətimizin, cəmiyyətimizin,şəhərimizin gözəlləşdirilməsi üçün əlimizdən gələn yardımı göstərək. Dərbənd şəhər Qruq muzey idarəsinin direktor müavini Züleyxa Nemətova da aksiya barədə təəssüratlarını bildirdi: “ Bu gün Qələbə bayramı ərəfəsində Hərbi Şöhrət parkında gənclərin bir araya toplaşaraq “Xəzər dənizinin təbiəti “ muzeyinin təşkil elədiyi güləkmə aksiyasında iştirak etmələri olduqca sevindirici bir haldır.Qeyd etmək istəyirəm ki, “Xəzər dənizinin təbiəti” muzeyinin kollektivi ekoloji aksiyalara tez-tez önəm verir,məsələn, dəniz kənarında təmizlik aksiyasınin keçirilməsi, Şam zolağında (Sosnovıy bor)təmizlik aksiyasının aparılması və s.göstərmək olar. Bu gün də 800 dənə gül kolu əkməklə çox gözəl bir aksiya keçirilir.Dərbəndimiz günü-gündən gözəlləşir,insanların mədəni və rahat istirahət etmələri üçün gözəl gəzinti əraziləri,parklar,meydançalar salınır.Və biz-şəhər əhalisindən isə bu gözəlliyi qoruyub saxlamaq tövsiyə olunur,çünki bu gözəllik bizim üçündür. Dərbənd şəhər icra hakimiyyəti yanında Gənclər siyasəti ,mədəniyyət və idman idarəsinin müdiri Samilə Nəcəfova aksiyada iştirakından çox qürur duyduğunu söylədi. Bu kollektivin təşkilatçılığı ilə keçirilən aksiyada mən də məmuniyyətlə iştirakçılar və qonaqlarla birgə Böyük Vətən müharibəsində həlak olan qəhrəman döyüşçülərimizin xatirəsini uca tutaraq gül kollarını xoşbəxt və dinc gələcək rəmzi kimi əkmək istəyirəm –deyə Samilə Nəcəfova bildirdi. Respublika Dəmiryol kollecinin direktoru Mirsəməd Seyidov da rəhbərlik etdiyi kollecin tələbələri ilə birgə aksiyada iştirak edirdilər.Mirsəməd Seyidov aksiyaya təşkilatçılıq edən Dərbənd “Xəzər dənizinin təbiəti” muzeyinin kollektivinə şəhər gənclərini bu ekoloji aksiyaya cəlb etməsinə görə öz təşəkkürünü bildirdi və gələcəkdə də onların tələbələri belə aksiyalarda həmişə yaxından iştirak edəcəklər dedi.” Bilirsiniz, bütün dünya təcrübəsi göstərir ki, şəhərsalmada ekoloji prinsip dominanat prinsip sayılır.Hər bir sahədə mütəxəssislər ilk növbədə vətəndaşların həyat və sağlamlıqları üçün vacib sayılan sahələrə çox diqqət ayırırlar.Ağac və kol bitkilərinin əkilməsi əlveriçli şəhər mühitinin formalaşmasında mühüm rol oynayır”-deyə Mirsəməd Seyidov aksiyanı dəstəklədiyini dedi. “Xəzər dənizinin təbiəti” muzeyinin təşkil etdiyi bu aksiyada Gənc qvardiyanın aktiv üzvləri də iştirak edir və biz də bu aksiyanı ürəkdən dəstəkləyirik-deyə Dərbənd şəhər icra hakimiyyəti yanında Gənclər siyasəti və idman şpbəsinin müdiri Xoçbar Barkayev də “Gələcəyi yaşıllaşdıraq” aksiyasını dəstəklədiyini bildirdi. Bu gözəl aksiyanı biz tələbələr də ürəkdən dəstəkləyir və sizə qoşuluruq ,həmişə də belə tədbirlərdə sizinlə bir yerdə olmağa hazırıq –deyə DDU tələbəsi,Gənc Qvardiyanın fəal üzvü Xanum Lakarova da təəssüratını bizimlə bölüşməyi özünə borc bildi.Əlbəttə,biz təbiətimizi nə qədər sevsək,onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər şəfa verəcəkdir. Yunan əfsanəsinə görə hər bir cavan oğlan evlənməmişdən qabaq yeddi zeytun tingi basdırıb,onu bar verənə qədər becərməli və sonra evlənməlidir.Belə bir “qanun” indiyə qədər yunan xalqı arasında adət və ənənəyə çevrilmişdir. Nə demək olargözəl ənənədir,gözəl adətdir.