Dağıstan Dövlət Pedaqoji Universitetinin xarici dillər fakültəsinin tələbəsi Yetara Mirzaxanova “Gələcəyin müəllimi.Tələbələr” Ümumrusiya müsabiqəsində qalib adını qazanaraq bu yaxında Dağıstana qayıtmışdır.
Qalibi Mahaçqalanın hava limanında DR Elm və Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən Yahya Buçayev, DR gənclərlə iş şöbəsinin müavini Patimat Omarova, DDPU rektoru vəzifəsini müvəqqəti icra edən Nariman Osvarov ,doğmaları və yaxınları qarşılayıblar.
Yahya Buçayev Yetara Mirzaxanovnanı qalib adını qazanması münasibəti ilə təbrik edərək bildirmişdir ki, müəllimlərin sırasında Federal səviyyədə özünün misilsiz bilik və səriştəsini təsdiqləyə bilən müəllimlərin olması çox vacibdir:”Onların təcrübəsini bizim təhsil sistemində istifadə etmək lazımdır. Yetaradan başqa bizim üç finalçımiz da vardır ki, onlar qaliblərin siyahısına düşə bilməyiblər, bu özü də federal müsabiqədə böyük nailiyyətdir. Biz onlarların səriştə,bacarıq və təcrübələrinin pedaqoji icmada istifadə edilməsinin müzakirəsini dəyirmi masa ətrafında aparacağıq”.
“Müsabiqə mənə çoxlu insanlarla intensiv iş qurmaq, qarşılıqlı əlaqədə yaratmaq, yeni ideyalar aşılamaq imkanı verdi .Bu o dərəcədə qiymətli bir təcrübədir ki,həddən artıq yeni dostlar, tanışlar,bir sözlə- duyğu fırtınası.Əyər sənə belə müsabiqədə iştirak etmək fürsəti düşübsə qorxmadan yalnız irəliyə doğru gedərək məqsədə çatmağa çalışmalısan”- deyə Yetara Mirzaxanovna təəssüratlarını hamı ilə bölüşdü.