Dərbənd şəhərinin ən gözəl və yuxarı hissəsində yerləşən, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyev adını daşıyan 4 saylı orta məktəbdə ana dilində “Azərbaycan dili” fənnindən açıq dərs keçirilib. Məktəbin ana dili və ədəbiyyatı müəllimi Səlimə İsayeva 6 “A” sinif şagirdləri ilə DMSSR-in 100 illiyinə həsr olunmuş açıq dərs keçirib.
Tədbirlərin keçirilməsində məqsəd gənc nəsil arasında ana dilini təbliğ etmək, onların doğma ana dillərinə sevgi yaratmaq. Öz doğma dillərini öyrənərək zənginləşdirməyə cəlb etməkdir.
Hər bir millət dili, məfəniyyəti və adət ənənələri ilə millət sayılır. Ona görə də, uşaqları ana dili dərslərinə cəlb etmək və onlara öz doğma dilini sevdirmək mütləqdir. Bu işdə həm ailələr, həm bağçada tərbiyəçilər, həm də müəllimlər daha çox səy göstərməlidir. Bu münvalda, Səlimə müəllimənin zəhməti böyükdür, o həm uşağlara mədəniyyətimizi, həm də dilomizi sevdirərək təbliğ edir.
DMSSR-nin yaranmasını 100 illiyinə, belə dərslər, tədbirlər keçirilmək də. Həm bu çoxmillətli Dağıstanımız da yaşayan xalqların varlığını təmsil edir. Ən əsası da, ana dillərimizi övladlarımıza sevdirməkdə də böyük rol oynayır.