Gəlin sevək dilimizi


Ana dili dillərin ən müqəddəsi, dillərin ən şirinidir. Hər bir xalq, hər bir millət dili və mədəniyyəti ilə tanınır və sevilir. Və bu münasibətlə də, hər il olaraq. Bu il də, ana dillərinin təbliği, qorunması və öyrənilməsi, gənc istedadların dəstəklənməsi və üzə çıxarılması məqsədilə yanvarın 25-dən fevralın 2-dək 11-ci sinif şagirdləri arasında “Dağıstan müəlliflərinin əsərlərinin ana dillərində ən yaxşı oxucusu” Respublika müsabiqəsinin bələdiyyə mərhələsi keçirilib.
Müsabiqə müxtəlif günlərdə müxtəlif məkanlarda 4 dil kateqoriyası üzrə keçirilib.
Azərbaycan dili üzrə müsabiqə Gedjux sovxozunun orta məktəbinin akt zalında, Tabasaran və Dargin dilləri Dərbənd Rayon Mərkəzi Kitabxanasının oxu zalında, ləzgi dili Belici qəsəbəsinin 1 saylı orta məktəbinin akt zalında keçirilib. Müsabiqə iştirakçıları və ev sahibliyi edən saytlar, Dağıstan xalqlarının mədəniyyətini və adət-ənənələrini yüksək səviyyədə işığlandırıblar. Müsabiqədə dörd dildə müxtəlif mahnılar, rəqslər, şeirlər və teatrlaşdırılmış tamaşalar hazırlanaraq nümayiş etdirilib. Bu müsabiqələrdə hər nominasiya üzrə şair və yazıçılar iştirak edib və onlardan ibarət münsiflər heyəti yaradılıb. Səlahiyyətli münsiflər, hər iştirakçını diqqətlə izləyərək, onları qiymətləndiriblər. Müsabiqədə qaliblərdən başqa, mükafatçılar da var. Onuda qeyd edək ki, Azərbaycan dili müsabiqəsinin açılışını. Nəğməkar şairə vəAzərbaycan teatrının aktrisası Zeynəb Dərbəndlinin ifasında, Dağıstanın Xalq şairi Rəsul Həmzətovun sözlərinə şairənin tərcümə etdiyi, bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi «Mənim Dağıstanım» mahnısı ilə açılıb.


Rayonumuzu Respublika mərhələsində aşağıdakı qaliblər təmsil edəcəklər:
Azərbaycan dili Rükəl kənd orta məktəbinin şagirdi Səlminaz Məmmədova və Gecux Sovxozunun orta məktəb şagirdi Ramin İmaməliyeva.
Tabasaran dili — Gedjux sovxozunun orta məktəb şagirdi Alina Abdurəhmanova. Dargin dili — Gedjux orta məktəbinin şagirdi Zeynəb Məhəmmədova, Ləzgi dili — Bilici qəsəbəsi 4 nömrəli orta məktəb şagirdi Kevsər Abdulkərimova. Azərbaycan dili üzrə müsabiqənin sonunda. Şair, tərcüməçi Fəxrətdin Oruc, qaliblərə öz «Dağıstan Azərbaycanlıları» kitablnı təqdim edib.
H. Aslanov