Gəlir novruz bayramı


Qış qurtaran kimi, qar əriyir, sular başlıyır qaynamağa. Novruzun, baharın gəlişini mücdələyən dörd çərşəmbəmiz var. Onlar novruzun dünyamıza gətirəcəyi saflığdan, paklığdan, istilikdən, təravətdən xəbər verir. İlk çərşəmbəmiz «Su çərşəmbəsi»dir. Su çərşəmbəsi suların qışdan sonra durulub, tarlalara axaraq məhsulun bol və bərəkətli yetişməsini işərələyir.

Su çərşəmbəsi

Dəniz çağlar, çaylar dinər
Torpağ təzə don geyinər,
Çəmənlərə nur çilənər,
Billur su çərşəmbəsində.

Qız, gəlin bulağa gedər,
Su başında dilək edər,
Yuyular bütün dərd, kədər,
Billur su çərşəmbəsində.

Çöl, çəmən yaşıl geyinər,
Göy yerə baxıb öyünər,
Ər oğullar qız bəyənər,
Billur su çərşəmbəsində.

Zeynəb də söz ilə coşar,
Hər inciyə nəğmə qoşar,
Yer kürrəsi cavanlaşar,
Billur su çərşəmbəsində.

Su çərşəmbəmiz də, gəlişi ilə dünyamızı bütün kirlərdən təmizləyir və paklayır. Qız-gəlin su falı edər, kim sevdiyinə neçə yaşında qovuşacağını öyrənmək üçün. Qızlar əllərində səhəng su başına gedər, dilək tutarlar. Oğlanlar isə, könlünü verdikləri qızın önünə gül atmağ üçün, həmin suyun bir tərəfində dayanıb sevdiyini gözlər ki, onun hədiyyəsini ona versin.
Od çərşəmbəsi qışdan sonrakı nəmişliyi öz təravətilə qurudur, torpağa canlanma gətirir. Od ailə rəmzi, isti ocağ, işığlı çıraq rəmzidir. Od olmasa ocağlar isjnməz, insanlar isinə bilməz. Od çərşəmbəsi, çərşəmbələrdən ikincisidir. O həm evləri isidir, həm dəinaanın nəfəsinə istilik gətirir. Od çərşəmbəsində heyətdə od qalarlar ki, odun üstündən hoppanaraq «Ağırlığım, uğurluğum odlara» deyərək arzu tuturlar.

Od çərşəmbəsi

Nə göz küssün, nə üz solsun,
Hər kəsin kasası dolsun,
Qoy bizə düşərli olsun,
Sevinc bürüsün hər kəsi.
Dərbəndin od çərşəmbəsi.

Naxış vuraq saza, sözə,
Sevinc gəlsin ömrümüzə,
Bərəkət gətirsin bizə,
Dolsun kasıbın süfrəsi.
Dərbəndin od çərşəmbəsi.

Od qalayaq, yallı gedək,
Xalqımızı təbrik edək,
Torpağımıza sığal çək,
Qoy isinsin yer kürrəsi.
Dərbəndin od çərşəmbəsi.

Torpağ soyuqdan yorulub,
Çaylar dənizə vurulub,
Hər Mahalda toy qurulub,
Yayılsın aləmə səsi.
Dərbəndin od çərşəmbəsi.

Yallı gedir qız, gəlinlər,
Həsəd aparır görənlər,
Yaşasın igid ərənlər,
Gəlir Qorqudumun səsi.
Dərbəndin od çərşəmbəsi.

Tonqal qalayıb cavanlar,
Dilək tutub tullanırlar,
Od getdikcə alovlanar,
İsindirər hər nəfəsi.
Dərbəndin od çərşəmbəsi.

Dərbəndli Zeynəb sevinir,
Ürəyi mahnıyla dinir,
Hamı bir ağızda deyir,
Çərşəmbələrin incisi.
Dərbəndin od çərşəmbəsi.

Od çərşəmbəsknin də özəlliklərini tərənnüm edən bu şeirimdə isə, mən sizlərə bu çərşəmbənin qısa olaraq gözəlliklərindən bəhs edirəm.
Yel çərşəmbəsi isə, yer üzündə uzun-uzadı qalan suları göyə çəkir, torpağın üzərində olan qışdan qalma çör-çöpü təmizləyir. Yeni fəsilin, baharın gəlməsi üçün çölləri hamarlayır. Bir sözlə, özünə həvalə olanan bu işin, öhtəsindən gəlməyi başarır. Yel çərşəmbəsində qızlar, gəlinlər əllərinə yun alıb, yelə tərəf üz tutaraq, dərdim, sərim dağlara deyərək yunu yelə verərlər.

Yel çərşəmbəsi

Havalar azca dəyişir,
Göydən torpağa nur düşür,
Dağ, təpələr gözəlləşir,
Qürur ilə vurur ürək,
Yel çərşəmbəmiz mübarək.

Tarlaya naxış verilir,
Üstünə toxum sərilir,
Hiss olunur, bahar gəlir,
Mahnı dehək, yallı gedək.
Yel çərşəmbəmiz mübarək.

Dərbəndli Zeynəb söz deyir,
Yer çatını ot gizləyir,
Günəş bizi əzizləyir,
Hamımız birlikdə deyək,
Yel çərşəmbəmiz mübarək.

Yel çərşəmbəsi də öz işini gördükdən sonra, artıq dördüncü, sonuncu çərşəmbənin gəlişini hazırlayır.

Nəhayət gəlib, çərşəmbələrin şahı, ürəyi, özəyi olan «İlaxır çərşəmbə»mizə. Bu çərşəmbə suyu, odu, yeli özündə birləşdirən, cəmləşdirəm çərşəmbədir. Suyla yuyulub, odla isinib, yellə təmizlənib, hamarlanan torpağın şumlanıb, əkim-biçimə hazır olmalı dördüncü, sonuncu çərşəmbədir. Torpağ yup-yumuşaq hamarlanır, şumlanır, əkim üçün tam olaraq hazırlanır. İl axır çərşəmbə, baharı bütün gözəllikləri ilə salamlayır və xoş gəldin deyir. İlaxıf çərşəmbədə isə, torpağda cüt çəkiir və qırx kəcəl tutmuş daş çevirilir.

İlaxır çərşəmbə

Çılçıraqlar gur yanar,
Ətraf nura buyanar,
Yer də, göy də oyanar,
İlaxır çərşəmbədə.

Minbir arzu tutarlar,
Qapıya şal atarlar,
İstəyinə çatarlar,
Olaxır çərşəmbədə.

İgidlər çölə gedər,
Ox atıb, dilək edər,
Unudular dərd, kədər,
İlaxır çərşəmbədə.

Səmənilər yan yana,
Fərəh verir insana,
Torpağ da gəlir cana,
İlaxır çərşəmbədə.

Novruz gülü də açar,
Hər yana ətir saçar,
Ot bitib yeri qucar,
İlaxır çərşəmbədə.

Toy, nişan səsi gələr,
El, aləm deyəl, gülər,
Analar dilək dilər,
İlaxır çərşəmbədə.

Xonça tutar gəlinlər,
Qız, qapıda fal dinlər,
Əhd eyləyər sevənlər,
İlaxır çərşəmbədə.

Keçəl, Kosa key eylər,
Keçmişdən nağıl söylər,
Unudular gileylər,
İlaxır çərşəmbədə.

Tonqal yanar, alışar,
Toy, bayrama qarışar,
Küsülülər barışar,
İlaxır çərşəmbədə.

Zeynəb də arzu tutar,
Bayrama sevin qatar,
Küskünlüyü unudar,
İlaxır çərşəmbədə.

Bu şeirim də, il axır çərşəmbəni belə tərənnüm edir.
Elimizə novruz gərir, novruz bərəkət rəmzi, hərəkət rəmzidir. Novruz öz gəlişi ilə elimizə, obamıza nazlı baharımızı gətirir. Baharın sərin mehi, gözəl təravəti isə hər evin pəncərəsindən içəri daxil olur. Novruzun gəlişi, min illərin xatirəsidir, novruz bu günün, dünənin bayramı deyil. Novruz bizim ulu əcdadımızdan bizə qalan mirasdır. Mən həmişə novruzu öz şeirlərimdə bəzəmişəm, axı novruz təmizlik və sevgi də rəmzidir. Küsənlər barışır, sevənlər qovuşur, sular durulur, nəmişlik quruyur vəsair. Mən sizlərə, novruzumücdələyən, gözəl bir şeir təqdim etmək istərdim.

Yurduma novruz gəlir

Çərşəmbələr düzülür,
Yurduma novruz gəli.
Dağlardan sel süzülür,
Yurduma novruz gəlir.

Səməni naz eyləyir,
Nənələr fal söyləyir,
Çöllər yaşıl don geyir,
Yurduma novruz gəlir.

Keçəl,Kosa oynayır,
Çaylar daşır, qaynayır,
Külək yerdən doymayır,
Yurduma novruz gəlir.

Dərdimiz getsin yelə,
Xoş sözlər gəlsin dilə,
Sülh ilə, uğur ilə,
Yurduma novruz gəlir.

Zeynəb yazar şeir, söz,
Tənləşər gecə, gündüz,
Təzələnir ömrümüz,
Yurduma novruz gəlir.

Qoy bu novruzun gəlişi elimizə, obamıza, xalqımıza, ölkəmizə sülh və əminamanlığ gətirsin Amin.
Novruz bayramımız mübarək!
Z. Dərbəndli.