Deyirlər həyat bir səhnədir, bizlər də o səhnənin aktyorlarıyıq. Biz bizim ömrümüzə yazılan ssenarini oynayırıq. Öz həyatımızda baş verənləri geri çevirib dəyişə bilmirik, çünki bu həyatdır. Bugün sizə həyat səhnəsinin aktyorlarından deyil, əsil səhnə aktyorlarından biri olan. Yaşı çox gənc olmağına baxmayaraq, bir çox tamaşalarda əsas baş rolları canlandıran aktyor. Azərbaycan Dövlət Dram Teatrının sevilən aktyoru
Sərxan Xasay oğlu Səmədovdan söz açmaq istərdim. Sərxan Səmədov1990 cı ilin sentyabrın 3-də, Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Günəşli, odlar yurdu Azərbaycanın suyu, havası, torpağı da bir ayrı aləmdir. Bu məmləkətdə dünyaya göz açan hər bir insan, böyük isdedadla doğulur. Dünyaya göz açar açmaz, milli mədəniyyətinin bələyinə bələnir. Çünki burada analar beşik başında, övladı üçün «Lay-lay» oxuyur. Bu yerin balaca uşağı da, muğamatla, şeirlə bəslənir. Bəlkə ona görədir ki, bizim gənc aktyorumuz Sərxan Səmədov da belə isdedadlı olud.
2011-ci ildən bu günə qədər, yuxarıda qeyd etdiyim kimi Sərxan, Dərbənd Azərbaycan Dövlət Dram teatrında ən öndə gedən aktyor olaraq faliyyət göstərir. Onun yaratdığı obrazlar bir-birindən maraqlı, bir-birindən gözəl alınır. Sərxan həm dram, həm də komik tamaşalarda özünəməxsus bir obraz yarada bilir. Həm ciddi, həm də komik rolların öhdəsindən gələ bilir. Bu da onun fitri isdedadından xəbər verir. O, 2013-2017 illərdə Dərbənd şəhərində musiqi texnikomun
bitirib.
2018 ci ildə Dağıstan dövlət incəsənət universitetinə daxil olub, hal hazırda da orada oxuyur. Sərxan deyir ki, «Aktyor heç vaxt yaratdığı roldan, razı olmamamalıdır. Aktyor əyər özündən razıdırsa, o sadəcə özü üçün aktyordur. Aktyoru gərək xalq sevə, ondan və onun yaratdığı obrazlardan xalq razı qala. Mən hər hansı bir tamaşada oynayıramsa, öz-özlüyümdə onda hər hansı bir qüsurumu axtarıram. Mənim səhnədə buraxdığım səhvi, tamaşaçı başa düşməyə bilər. Amma özüm onu görüb gələn dəfə üçün mütləğ ki, düzəltməliyəm. Aktyorun ən böyük mükafatı tamaşaçı sevgisidir, ona görə də biz onlara əsəri olduğu kimi çatdırmalıyıq». Sərxan teatra gəldiyi müddətdən bəri, öz isdedadını bir aktyor olaraq açıq şəkildə göstərə bilib. O, Dərbənddə və ya Dərbənd rayonunda keçirilən bir çox tədbirlərdə fəal iştirak edib. O demək olar ki, tamaşaçı tərəfindən çox sevilən bir aktyordur. Onun aktyorluğdan əlavə gözəl şeir demək və müğənnilik qabiliyyəti də var. Azərbaycan xalq və bəstəkar mahnılarını çox böyük ustalığla, məharətlə ifa edir. O, bir çox tamaşalarda baş rollarda, bir çoxlarında da ikinci dərəcəli rollar oynayıb.
Dağıstanlı şair Nəriman Ağasiyevin şeirlərindən qurulmuş «Şanlı Dağıstan» poetik kompozisiyasında şair Nəriman Ağasiyev, «Könüllər mülkü» tamaşasında, şair və mütəfəkkil, dahi Nizami Gəncəvi. «Hicran» da Mitoş, «Ulduz»da Qədir. «Danabaşlar» tamaşasında Cəlil Məmmədquluzadə, «Ağıllı adam»da Müstəntiq. «Ər və arvad»da Mərcan bəy, «Məşədi İbad»da Rza bəy, «Sələmçi»də Zəfər, «Validə» tamaşasında Seyidov
«Vəfalı Səriyyə»də Məhərrəm, «Dağılan tufaq»da Səlim bəy, «Hərənin öz ulduzu» tamaşasında Əlibala. «Xəsis»də Kliyan, «İmperator»da Kişi, «Mən gözlərimi yummuram»da Mələk, «Uzaq sahillərdə» Mehdi vəsair. Onun oynadığı rolları sadalamağla bitmir. Onun 2021-ci ildə teatrın səhnəsində quruluş verilən «Könüllər mülkü» tamaşasında dahi şair və mütəfəkkil Nizami Gəncəvini canlandırmağı, onun profesional bir aktyor olmağının əsil sübutudur. O, Nizamini sanki onun həyatını yaşarmış kimi oynamışdı. Onun bu ustalığı, tamaşaya gələn hər kəsi heyran etmişdi. Uzun müddət onun yaratdığı Nizami Gəncəvi, hər kəsin dilində oldu. Sərxan Nizamini Afaqın ölümünü eşidəndə yaşadığı hissləri, tamaşaçıya elə gözəl çatdıra bilmişdi ki, tamaşaçı özünü bur anlığ özünü Nizami dövründə kimi hiss etmişdi. Sərxan Səmədov
2014 ildə Dərbənd şəhərinin 2000 illiyinə həsr olunmuş konsertdə ( Dərbənd, Moskva, Azərbaycan Bakı Fransa və Rusiyanın bir neçə ayrı-ayrı şəhərlərində aktiv iştirak etdiyinə görə Dağıstan respublikasının prezidenti Ramazan Abdullatipov Hacımuradoviç tərəfindən «Təşəkkürnamə» ilə təltif olunmuşdur.
Dağıstan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən
2016 və 2022 ci illərdə «Fəxri fərman»
İlə təltif olunmuşdur. Sərxanın bütün rollarını bir yazıda yazıb çatdırmaq mümkün olmadı, biz istədik ki, onun haqqında kiçik bir yazı hazırlayaq. Sadəcə onu deyə bilərəm ki, Sərxan Səmədov, teatrın Nizamisi, Mixaylosu vəsair obrazların profesional yaradıcısıdır. Bəlkə də Allah onun taleyinə, özünün həyat ssenarisindən başqa, başqalarının da obrazını məharətlə yarada biləcəyinə görə, onun yolunu teatrdan salıb. Biz də gənc aktyorumuz Sərxan Səmədova. Öz səhnə həyatında, yaradıcılığında uğurlar, müvəffəqiyyətlər arzulayırıq.
H. Aslanov