Bahar gələn kimi, hamımız yaz və yay boyunca yetişəcək meyvələrin, giləmeyvələrin, qarpızın, yemişin, pomidir, xeyarın və s,r tərəvəzlərin yetişməsini səbirsizliklə gözləyirik. May ayı girər girməz çiyələy, alça yetişir onları sevə-sevə yeyirik. Onlarla hələ sağollaşmamış digər meyvələr ərik, göyəm, gilas, alma, armud, üzüm yetişir. Düzdür bu sadalağımızın hər biri, il boyu yetişir. Amma hər hansı bir meyvə və ya tərəvəzin öz dövrü, öz məğamı var. Hər birinin öz dövrü olduğu kimi də, öz dadı var. Necə ki, qarın gözəlliyi qışda olduğu kimi.
Qışın gözəlliyi qar, baharın gözəlliyi təzəcə yaşıllaşmış çöllər, yayın gözəlliyi dünyanı öz qaynar şuaları, payızda qızılı rəngə boyanmış yarpağlar olduğu kimi. Hər fəslin də, öz meyvəsi və tərəvəzi var. Ən əsası da, onların hər birinin də öz dövründə, öz dadı var.
Məsələn, soyuducuda dondurulan buz və əsil qış buzunun dadı eyni olmadığı kimi, meyvə tərəvəzlərin də dadları eyni olmur. Odur ki, hər meyvəni öz dövründə dadın ki, onların original dadını anlayasınız.
M. Seyidov