Hər şey düz olmalı


Bütün dünya üzrə məhşurlaşıb, insanların içində qorxu hissi yaradan koronavirus pandemiyası davam etməkdədir. Ona qarşı vaksin edilmək əvəzinə, saxta sertifikatlar almaqda davam edən insanları anlamaq olmur. Görəsən onlar bu hərəkətli kimi aldadırlar? Özlərini yoxsa kimi?
Axı bu saxta kağız, sizləri nədən qoruya bilər ki? Özünüzü deyil, övladlarınızı, ətrafınızı da düşünməlisiniz. Saxta sertifikat ala bilərsiz, bəs onunla siz xəstəlikdən uzaqlaşa bilərsiz Özünüzü aldatmaqla, ətrafınıza da zərər verirsiniz.
Buna baxmayaraq saxta sertifikatlar alınmaqda davam edilir, güya bu millət öz sağlamlığını qoruyur. Əslində xəstə olarkən dərman içmədən sağala bilirsiz? Elə bu da elə bir şeydir, öz sağlamını düşünən insan saxta kağızla deyil, xəstəliyə qarşı dərmanla müalicə olunar. Hər kəsə sağlam ömür arzulayırıq, bu bəladan bizləri Allah qorusun.
M. Seyidov