“Hörmətli dağıstanlılar,əziz həmvətənlərimiz! Bildiyimiz kimi, İslam yaxşılığa və sülhə çağırır. İslam dini irqi və milli dözümsüzlüyü qəbul etməyən, başqa insanların dini hisslərinə hörmətlə yanaşmağı, onlarla sülh və əmin-amanlıq şəraitində yaşamağı, bütün yaxşı və xeyirxah işlərdə yardımçı olmağı, pisliyə birgə müqavimət göstərməyi tövsiyə edən bir dindir. Bu gün biz hamımız dövlətimizə qarşı necə fəal şəkildə informasiya müharibəsi aparıldığının şahidiyik. Bütün dünya başa düşməlidir ki, birləşmə prinsipi ilə yaşamaq lazımdır, çünkigüc birlikdədir . Biz bütün xalqlarla sülh və harmoniya şəraitində yaşamağa çalışırıq.Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda biz ziyarətçilərimizi,insanları düşmən internet resurslarının təxribatlarına uymamağavə cəmiyyətimizi parçalamaq cəhdlərini dayandırmağa çağırırıq. Bizimqədim Dərbənd şəhəri ən tolerant şəhərdir.Yəhudilərin,xristianların və müsəlmanların Dərbənddə çoxəsrlik mövcudluğu bizim Dostluq,Sülh və Harmoniyaşəraitində yaşadığımızın göstəricisidir!”
Dərbənd Cümə məscidinin imamı Hacı Seyid Haşim Mirteibov