Hörmətli Kahriman Vəliyeviç!

İcazə verin, Sizi Dağıstan Respublikasının başçısı yanında Ağsaqqallar Şurasının yeni tərkibinə təyin olunmağınız münasibətilə ürəkdən təbrik edim!

Bu, sizin əməyinizin, təcrübənizin və respublikamızın rifahına verdiyiniz töhfənin yüksək səviyyədə tanınmasıdır. Əminəm ki, Sizin müdrikliyiniz və peşəkarlığınız Dağıstanın inkişafına və çiçəklənməsinə kömək edəcəkdir.

Sizə bu məsul vəzifədə uğurlar, cansağlığı və yeni nailiyyətlər arzulayırıq!

Hörmətlə, «Dərbənd» respublika qəzetinin kollektivi.