Novruz gələndə son dörd çərşənbə, onun ən dəyərli atributları ilə seçilir. Novruz ilin bir birinə təhvil olunması kimi də qeyd olunur. Və bu dörd çərşənbənin hər biri bir oxunmamış kitabdır və onların hər birinin adı ilə bağlı balaca tarixçəsi var. Məsələn, qar əriyir su olur, su bütün kirləri yuyur təmizləyir. Günəş şualarında yerə od çiləyir və od gəlib yeri isidir, yel isə gəlib, yer üzünün qışdan qalan zir zibilini süpürüb aparır. Və beləliklə də, novruzun son dördüncü İlaxır çərşənbəsi, gəlin kimi, tər təmiz evə gəlir. İlaxır çərşənbədə, gəlinlər, qızlar çölə çıxar, kəcəl tutmuş daşları, niyyət edib çevirərdilər. Gəlinlər övlad arzusu tutar, qızlar isə ailə qurmaqı niyyət edərdilər. Göy göyərti toplayardılar, cüt çəkib çəkdikləri cütün içərisində, arzu tutub addımlayardılar. Gənc oğlanlar isə, at belinə çölə çıxar, çöldə niyyət tutan qızlardan gözaltı edərdilər. Nişanlı qızlar üçün, oğlan evi xonçalar bəzəyib pay gətirərdilər. Hər kəndin öz adət ənənəsi var idi, hər biri bir cür qeyd edərdilər. Kimi Plov bişirib paylardı, kimi süddü aş. Kimi isə, göy göyərtidən kətə hazırlayıb süfrə açardılar. Evlərində xonça bəzəyib, xonçaya ailə üzvlərinin sayı qədər şam düzərdilər. Və bu şamları, novruzun gəlişi münasibəti ilə yandırardılar. Hər birinizin evinə bol bərəkət, xonça şirinliyi və saadət arzu edirik.
İlaxır Çərşənbəniz Mübarək!
M Seyidov.