İlk zəng günü


Bugün Dərbənd şəhərinin bütün yeni təmirdən çıxan çıxmayan məktəblərində ilk zəng günü keçirildi. Bu münvalla da həmişə olduğu kimi şəhərin 6 nömrəli internat məktəbinə yolum düşdü. Maraqlı bir tədbir idi,, tədbirə uşağların ilk zəngini təbrik etmək üçün,
Dərbənd şəhəri dairəsi administrasiyasının nümayəndəsi Murad Məhəmmədoviç Abdurəhmanov, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şairə, Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndli gəlmişdilər. Məktəbin direktoru Qasımov Ramzes Zeynaloviç uşağlara bu ilin uğurlar başa vurmasını və gələcəyimiz üçün parlaq yetişmələrini və vətənə layiq olmaq üçün, təhsilin əsas olduğunu vurğulayıb. Murad Abdurəhmanov da öz növbəsində, uşağlara uğurlar arzulayıb. Şairə Zeynəb Dərbəndli də, uşağlara gələcəkdə uğurlar, müəllimlərə isə uşağların layiqli yetişdirilməsi üçün səbr arzulayıb. Tədbir çox möhtəşəm keçdi, tədbirdə Dərbənd şəhərinin «Narın-Qala» rəqs ansamblıda iştirak etdi. Tədbiri Tərbiyə işləri üzrə direktor müavini Kənarə Sənanovna Əliyeva təşkil etmişdi. Birinci sinif uşağları üçün isə, bugün xüsusi bir gün idi.

Onların elmə ilk addımı, bu gün başlayırdı. Birinci siniflərin müəllimləri. A sinif Zülfiyyə Sefibekovna Talıbova, B sinif Regina Rafikovna Kurbanova, V sinif Aida Əlisafayevna Həsənova və G sinif Elnarə Abdullaevna Sultanova. Onlar da, uşağların gələcəyi üçün cavabdehlik daşıdığlarını bilərək, onlara elə ilk gündən, təhsilin ilk günü, məktəb həyətində necə durmağı belə onlara öyrətmişdilər. Məktəbdə 11-ci sinif azlıq təşkil edir, 7 uşağ 6 qız və 1 oğlan idi. Bu uşağların da sinif rəhbəri Xalidə Məmmədovna Dadaşova idi. Tədbirin sonund Tədris işləri üzrə direktor müavini Aida Abdulovna Zamanova da, uşağları bilik günü münasibətilə təbrik etdi.
Bizdə öz növbəmizdə, Dərbənd şəhər 6 nömrəli internat məktəbinə təhsildə uğurlar arzulayırıq.
M. Seyidov