İnsan həyatının hər mövsümü özünəməxsus gözəl olur, bu gözəlliyi insan özü yaşamalı və yaşatmalıdır.
Ilk körpəlikdir, körpələr isə Ana qocağında sevilə-sevilə böyüyür. O iməkləməsindən ta ilk addımını atana kimi anadan asılı olur, bunun da başqa gözəlliyi var.
Uşaqlığ çağının isə tamam ayrı dadı var, uşağlıq insan hər istədiyini əldə etməyi bacaran və ətrafında olub bitənləri görüb hiss etməyən mövsümüdür. Uşaq olmaq özü bir aləmdir, na görə ki, uşaq dediyi qanmır, qanmadığı halda daçox şirin olur. Uşaq hər bir ailənin svinci və möhkəm təməlidir.
Yeniyetməlik də, insanın ən gözəl və həmişəlik həyat tarixçəsində yaddaqalan çağlarındandır. Həyatı yenicə tanımağa başlayır, ilk sevgisini tapır. Gördüyü hər bir hadisə onun üçün maraqlı olur. Çünki hələ ayağına daş dəyməyib, əli ilə qapı açmayıb. Həytın ağırlıəğını öz çiyinləridə daşmır,onladn xəbəri omur.
Həm körpə, həm uşaq, həm də yeniyetmə çağı, insan həyatının ən azad və sərbəst çağlarındandır. O mövsümlərdə, hər şey insan gözündə rəngarəng olur. Baxçadan başlayıb, məktəbdə bitən bu şirin çağlar insan həyatının həm başlanqıc, həm də əvəzolunmaz çağlarıdır.
Cavanlıq isə bəh-bəh-bəh! Bu çağın heç bir əvəzi yoxdur, çünki cavanlıq o qədər incə və həssas olur ki, onun hər anını, hər dəqiqəsini sevərək yaşamalısan. O insan həyatının baş tacı, əlçatmaz xəzinəsidir. Cavanlıq məlhələsi insan həyanına bəxş olunan, ən gözəl və ən uca məlhələdir. Insan ailə həyatı qurur, ata olur, ana olur. Bax bu hisslərin isə, ayrı və təkrarsız dadı var. Cavanlıqda insan ən gözəl və əvəzsiz hissləri yaşayır, o həm də, hər bir şairin qələmindən ilmə kimi, inci kimi süzülən və düzülən naxış kimidir. Onu gərək sevə-sevə, doya-doya yaşayasan. Əfsuslar olsun ki, insan bunu cavanlıq əldən gedəndən sonra dərk edir. Düzünü desək, insan həyatının ən mənalı və şirin çağıdır cavanlıq.
Insanın ahillik dövr isə, onu ömrün müdrik çağlarına aparan bir yolçudur. Ahillik yaşda insan həm həyatı, həm özünü, həm də söyləyəcəyi sözünün yerini bilir. Insanın ruhu dəyişir, sanki dünyaya təzədən gəlmiş kimi hiss edir özünü. İnsan bu çağında kamilləşir, dünyagörüşü başqalaşır. Hər şeyə olduğu kimi yanaşır, nağılların onlar üçün nənələr tərəfindən uydurulduğunu anlayır. İnsan bu yaşlarda ağır durar, ağır oturar.
Qocalıq isə, bu insanın həyat boyu gördüklərini, bir kino kimi gözü önündə canlandıran, bir nağıl kimi xatırlayan dövrüdür. Insan uşaq kimi olur kövrək, incə, zərif. Bir kəlmə söz belə insanın qəlbinə dəyə bilir, bəzi insanlarda bu bir başqa olur. Gəncləri görəndə, Kaş yenidən cavanlığım qayıdardı, onu tamam başqa cür yaşardım kimi hisslər olur. Bəzilərin də isə əksinə, cavanlara baxıb, yaşadığı o acılı, şirinli anlarını xatırlayar. Bəziləri isə, bir az nazlı və kaprizli olurlar. Onlara diqqət istərlər, uşaq kimi tez küsüb inciyirlər.
Bax gör insan, ta qocalana kimi neçə məlhələni ötüb keçir. Elələri var, o məlhələləri sona kimi incə keçər, kimi var heç, nə vaxt ömrünün hansı məlhəlısində olduğunu bilməz və dərk etməz. Amma bunu da deyim ki, insan həyatının hər mövsümü gözəldir. Yetər ki, insan onu həm yaşaya bilsin, həm də duya bilsin.
Z. Dərbəndli
Ştatdankənar müxbir.