Dağıstan Respublikasının Sәhiyyә sistemi «Sәhiyyә-2024» milli proqramında nәzәrdә tutulmuş vәzifәlәrin hәlli üzәrindә fәal işlәyir. Xüsusilә xәrçәng yükünün azaldılmasına böyük diqqәt yetirilir. Dağıstan Respublikasında vәziyyәt hәlә ki, idealdan uzaqdır: 2020-ci ildә regionda müxtәlif bәdxassәli yenitörәmәlәri olan 4000-dәn çox yeni xәstә müәyyәn edilmişdir. Belә ki, uşaqlıq boynu xәrçәngi qadınlarda әn çox rast gәlinәn onkopatologiyalardan biridir. Qadınlarda 90% hallarda uşaqlıq boynu xәrçәnginin sәbәbi cinsi yolla keçәn insan papillomavirusudur. Virusun yalnız 2 növü (ümumiyyәtlә insan papillomavirusunun 200-dәn çox növü mәlumdur) 16 vә 18, uşaqlıq boynunda bütün xәrçәng vә xәrçәng öncәsi dәyişikliklәrin 70%-nә qәdәrinә sәbәb olur. Insan papillomavirusu infeksiyası xәrçәngin digәr növlәrinә, xüsusәn dә anal xәrçәngә vә anogenital bölgәnin digәr bәdxassәli şişlәrinә sәbәb ola bilәn cinsi yolla әn çox yayılmış infeksiyadır. Bundan әlavә o hәm qadınlarda, hәm dә kişilәrdә anogenital ziyillәrin әmәlә gәlmәsinә sәbәb olur. Belә ki, Rusiyada 18-29 yaşlı gәnclәrdә cinsi yolla ötürülәn infeksiyaların ümumi strukturunun 65%-ә qәdәrini anogenital ziyillәr tutur. Orta hesabla bu xәstәliklәr rusiyalıların 9,2%-i tәrәfindәn qeydә alınır. Hәmçinin Insan papillomavirus-infeksiyasınin reproduktiv sağlamlığa tәsiri dә öyrәnilir. Göteborq Universitetinin (Isveç) alimlәri nәticәlәri PLOS Medicine 4 jurnalında dәrc olunan retrospektiv tәdqiqatlar aparıblar. Alimlәr 1999-2016- cı illәrdә uşaq dünyaya gәtirәn qadıbların mәlumat bazasını tәhlil etdikdәn sonra qeyd ediblәr ki, papillomavirusa yoluxmuş vә ya әvvәllәr insan papillomavirus infeksiyası ilә әlaqәli uşaqlıq boynu xәstәliyindәn müalicә alanlarda erkәn doğuşların faizi daha yüksәkdir.( müvafiq olaraq 5,9% vә 9,1%) Nәzarәt qrupunda bu göstәrici 4,6% tәşkil edib ki, bu da statistik cәhәtdәn әhәmiyyәtli fәrq hesab olunur. Ümumilikdә araşdırmada 1.044.023 qadının tarixçәsi tәhlil edilib.