İnsanda fikri belə dəhşət oyadan Terror

Bu gün terrorla mübarizə yollarının olub olmadığını və bu yollar hansılardır, ümumiyyətlə terror nedir?, Kimdir?, harda meydana çıxıb, dünyada və ölkəmizdə bu dəhşətin qurbanları və s, kimi nüans və gərçəklərdən  danışmaq istəyirəm.

Terror son illərdə daha az təhlükəli hala gəlmədi, əksinə mülki insanları öldürməyə hazır olanlar heç bir yerdə itkin düşmədilər.Terror təşkilatları ilə istədiyiniz qədər mübarizə apara bilərsiniz, liderlərini yox edə bilərsiniz, ancaq hədəflərə çatmağın bir üsulu olaraq terrorun  kökünü kəsmək problemi həll olunmamışdır. Bəzi nəzəriyyəçilərin fikirləri belədir ki, hər hansı bir siyasi partiya xalqın dəstəyindən çıxanda, məhz siyasi gəsdlərə əl atır. Bildiyimiz kimi “ Rusiyada dövlətə qarşı terror fəaliyyətinin tarixi 1866- cı ilin aprel ayında D.Karakozovun  II  Aleksandra atəş açması ilə başlamışdır. Məs həmin dövrdə rus inqilabçıları belə hesab edirdilər ki, ancaq siyasi qəsdlə ölkədə sosial ədalətli prinsiplərə əsaslanan cəmiyyət yaratmaq olar “

Müasir dövrdə terror əsas problemlərden biridir. Terror  21-ci əsrin təhdidi adlandırılması boş yerə deyildir.  Bəli, əvvəllər də terror var idi, lakin 11 sentyabr 2001-ci ildən sonra dünya birdəfəlik dəyişdi.  Əvvəllər terrorizm yerli bir hadisə idisə, əkiz — qüllələrə hücumdan sonra terror hücumlarının qurbanlarının  hərbi itkilərlə müqayisə etmək mümkün olduğu  aydın oldu.

Bu vəziyyətdə tamamilə günahsız mülki şəxslər qurban olur. Terror- dəhşətli, pis, mənfur,  qeyri-insani – ancaq bu, qarşılaşmalı olduğunuz həgigətdir.

 Bu problem həll edilə bilərmi ? Döyüş meydanında, ordu orduya qarşı mübarizə aparmağ məcburiyyətindəyik , ancaq mülki əhaliyə zərbə vuran və  bir terror hücumu törədənə qədər özünü göstərməyən, görünməyən düşmənə qarşı mübarizə aparmaq başqa bir şeydir. Həqiqətdə məlumdur ki, ən təhlükəli düşmən , bilmədiyimiz – gizli  düşməndir. Təəssüf ki, terrorçular bundan çox fəal və effektiv istifadə edirlər.

Çox guman ki, terror təhlükəsi dünyanı anlaşılan vasitələrlə həll etmək praktiki olaraq mümkün olmayan bir problem qarşısında qoydu. Terroristlər bəşəriyyətin ağlasığmaz sərhədlərini keçiblər, onlar qeyri-insandırlar və buna görə onlarla uyğun olaraq mübarizə aparmaq lazımdır.

Sevinc Quliyeva