Mahaçqalada Dağıstan rəhbərliyinin İran İslam Respublikasının azad iqtisadi və sənaye zonaları Ali Şurasının katibi Rza Masrurun rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti ilə görüşü keçirilir. Region Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər
Dağıstan və İranın preferensial zonalarında birgə istehsal sahələrinin yaradılması, investisiyaların cəlb edilməsi və investisiya forumlarının keçirilməsi sahəsində təcrübə mübadiləsi, güzəşt və imtiyazlar hesabına biznesin dəstəklənməsi də daxil olmaqla əməkdaşlıq istiqamətlərini müzakirə edəcəklər.
Dağıstan Hökumətinin sədr müavini Rizvan Qazimagomedovun sözlərinə görə, İran Dağıstanın ticarət, iqtisadi və humanitar sahələrdə əsas tərəfdaşlarından biridir. «Əminəm ki, ikitərəfli ticarət dövriyyəsinin artırılması, tədarük çeşidinin genişləndirilməsi və regionlarımız arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması üçün bütün imkanlarımız var», – deyə Baş nazirinin müavini vurğulayıb.