Mətbuat cəmiyyətin aynası hesab olunur. Bu sahədə calışan insanlar cəmiyyətin inkişafına, onun problemlərinə və nöqsanlarına ürəkdən yanaşır, şəxsi məsuliyyətini həmişə dərk edirlər. Bu səbəbdən onların həyatında cox hadisələr, bəzəndə faciələr baş verir. Son 20 ildə Dağıstan kimi coxmillətli bir respublikada 12 jurnalistin qətlə yetirilməsi buna parlaq sübutdur. Həmin insanlar özlərinin yox, respublika sakinlərini dinc və əminamanlıq şəraitində yaşaması uğrunda mübarizənin qurbanı olmuşdular. Bu gün onların anım günüdə adlarını adba-ad çəkilməsinin nə qədər vacib olduğunu yaxşı dərk edirəm. Lakin, Əhmədnəbi Əhmədnəbiyev, Hacımurad Abaşilov və Hacımurad Kamalovun adlarını xüsusi ilə qeyd etmək istəyirəm. Möhkəm əqidəsi olan bu insanlar respublikamızda baş verən hadisələri yaxşı dərk edərək həqiqətin hamıya çatdırılması uğrunda əsl fədakarlıqla çalışırdılar. Məhz mətbuat işçilərinin fədakarığı və mərdliyi sayəsində cəmiyyətdə baş verən xoşagəlməz proseslər sıravi adamlara çatdırılır.
K. Kərimov