Cənubi Dağıstanın bələdiyyə birləşmələrinə özünün geşi çərçivəsində Sergey Melikov Dərbənd şəhərindəki K. Məmmədbəyov adına küçədə gəzintidə olmuşdur. 800 metr uzunluğu olan küçədə görülən abadlıq işlərinin nəticələri ilə region başçısı tanış olmuşdur. Bu işlərdə Dərbənd şəhərinin kompleks ərazi inkişafı üzrə dövlət proqramı çərçivəsində görülmüşdür. Tarixən burada əl işləri satılan xana bazarı yerləşirdi. Xalçalarla bağlı mövzunun bərpa edilməsi və ərazinin şəhər sakinləri və türistlər üçün daha maraqlı edilməsi məsələləri qarşıda dururdu.
Görülən işlər içərisində tratuarlara mişarlanmış daşdan üzlük plitalar döşəməsi, işıqlanan brusçatka və dekorativ ağac döşənən qurğu, piyadalar zonası, qala divarının memarlıq işıqlandırılması, oturacaqların, zibil qutularının, yellənciklərin, ticarət pavilyonlarının quraşdırılması işləri var idi. Sergey Melikov buradaca onun mehriban qarşılayan yerli sakinlərlə söhbət etmiş, öz yaradıcılığı ilə buradan keçənləri sevindirən gənc gitaraçıları dinləmişdir.
K. Kerimov