Keçmişin qəhrəmanları

İyunun 28-də Mahaçqalada Əmək stadionunda 2010-2011 — ci il təvəllüdlü oğlan və qızlar arasında basketbol üzrə «Keçmişin qəhrəmanları-gələcəyin çempionları» Respublika turniri keçirildi.

Bu tədbirdə Dağıstan Respublikasının müxtəlif bölgələrindən (Mahaçqala, İzberbaş, Kizlyar, Buinaksk, Kaspiysk, Dərbənd, Dərbənd rayonu, Karabudaxken rayonu)10-dan çox komanda iştirak edib.

Rəqabətdə 5 nömrəli Xəzər idman məktəbinin komandası 2-ci yeri qazandı!
Komanda kuboklar, medallar , sertifikatlar və qiymətli hədiyyələrlə təltif edildi!
Məşqçini və şagirdləri qələbə münasibətilə təbrik edirik!