İLƏ YEKUN VURURUQ
Bu gün aqrosənaye kompleksi qarşısında duran əsas vəzifə ölkə və xarici bazarlara çıxarmaq üçün rəqabət apara bilən məhsullar istehsal etməkdir. Bu məhsullar ilk növbədə ekoloji cəhətdən təmiz, keyfiyyətli və standartlara cavab verməlidir.
Respublikamızda tərəvəzçilik və üzümçülük məhsulları istehsalı üzrə lider sayılan Dərbənd rayonunun müxtəlif təsərrüfat formalarında bu tələblərə cavab verən məhsul istehsal olunurmu? Bu sualla mən rayon aqrosənaye kompleksi idarəsinin istehsalat şöbəsinin rəisi Məhəmmədrəşad Qurbanova müraciət etdim. O, dedi: — ilk növbədə qeyd etməliyəm ki, Dərbənd müxtəlif təsərrüfat formalarında tərəvəz, kartof, üzüm və digər kənd təsərrüfatı məhsulları istehsal edən rayonlardan biridir. Hazırda rayonun aqrosənaye kompleksində 10 bələdiyyə, 1 dövlət unitar müəssisə, 1 aksioner cəmiyyəti, 24 kəndli-fermer təsərrüfatı, 1 ASC və 7 MMC, 1 kolxoz, 2 KİK və digər müəssisələr mövcuddur. Onlarla yanaşı, şəxsi həyətyanı səhələrdə çoxlu kənd təsərrüfatı məhsulları becərilib yerli bazalara çıxarılır. Bu məhsulların ekoloji cəhətdən təmiz olması ilə bilavasitə məşğul olan xidmətlər mövcuddur. Sovetlər dövründə bütün bu məsələlərə keyfiyyət üzrə inspeksiya idarəsi, bitkilərin mühafizəsi stansiyası tərəfindən nəzarət edilirdi. Sovetlərdən sonrakı dövrdə idarələr ixtisara salındı, onların əvəzinə bir-iki nəfərdən ibarət xidmətlər yaradıldı. Ancaq onların imkanları qarşıya qoyulmuş vəzifələrlə münasib deyildi. Xüsusilə dərman preparatları istifadə edilməsinin nə cür təşkil olunduğuna nəzarət etmək əsan deyildir.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bu gün satışa çıxarılmış mineral gübrələrin, xəstəlik və ziyanvericilərə qarşı istifadə edilən preparatların keyfiyyətinə zəmanət verən də yoxdur. Bir sözlə problemlər az deyildir. Bu məsələlərlə üzləşən istehsalçılar vəziyyətdən çıxış yolu taparaq məhsul istehsalı ilə məşğul olmaqdan çəkinmirlər. Rayon üzrə icarədarların sayının azalmaması, bunu əyani göstərir. Nəticədə ildən-ilə məhsuldarlıq artaraq, daha çox məhsul istehsal olunur.
Cari ildə rayonda 1000 tona yaxın kələm, 330 tondan artıq xiyar, 980 ton pomidor, 450 ton çuğundur, 235 ton sarımsaq, 171 ton badımcan, 9450 ton bibər, 190 ton qırmızı turp (rediska), 357 ton baş soğan istehsal edilmişdir.
Rayonda taxıl becərilməsi sahəsində problemlər az deyildir. Əkin sahələrinin əsasən dəmiyə torpaqlarda yerləşməsi bu sahənin gəlirli olmasına əngəllinlər törədir. Bir sözlə, payızlıqlar hava faktoru çox mühüm rol oynayır. Cari ildə havaların quraq keçməsinə görə 1851 hektardan 3110 ton taxıl götürülməsi bunu artıq dərəcədə sübut edir. Bostan, kartof, meyvə və giləmeyvə məhsulları yetişdirilməsində əldə edilmiş nəticələr doğrudan da təqdirəlayiqdir. Həmin məhsullar üzrə hər hektardan müvafiq olaraq 430,260,117 və 140 sentner məhsul götürülmüşdür. Bu həmin sahələrin gəlirli olduğuna əyani sübutdur.
Rayonda şəxsi həyatyanı sahələr və icarəyə götürülmüş torpaqlarda məhsul istehsalı göstərir ki, təsərrüfatçılığın bu formasının inkişafı daha perspektivli və xeyirlidir. Buna görə də dövlət tərəfindən onlara lazımi göstərilərsə, bu cür vajib vitaminli məhsulların yetişdirilməsində daha yüksək nəticələr əldə etmək olar.
İlin ən mühüm üzüm yığımı kampaniyası artıq başa çatmışdır. Bəzi təsərrüfatların üzümçülərin əldə etdikləri nəticələr göstərir ki, bu sahənin getdikcə inkişaf etdirilməsinə istiqamət götürülməsi dövlət tərəfindən lazımi tədbirlər görülməsinə böyük ehtiyac duyulur. Hal-hazırda rayonda mövcud olan 10 bələdiyyə unitar müəssisəsində cəmisi 8171 ton günəş meyvəsi istehsal olunmuşdur. Onun da 6200 tonu Tatlar aqrofirmasının payına düşür.
Üzüm yetişdirilməsində liderlik N.Əliyev adına aksioner cəmiyyətindədir. Burada 19350 ton, ikinci yerdə gedən «Üzümçü» MMC-də isə 16.164 ton məhsul yetişdirilmişdir. «DKK ST» MMC-də və DZİV-2 açıq səhmdar cəmiyyətində müvafiq olaraq hər hektardan orta hesabla 71,5 və 110 sentner məhsul yetişdirməsinə nail olunmuşdur.
Bu gün təsərrüfatların qarşılaşdığı əsas problem emal müəssisələri tərəfindən yaradılmış əngəlliklərdir. Demək olar ki, onların əksəriyyəti təsərrüfatlarda istehsal olunmuş məhsulu almaqdan imtina etmişlər. Bununla yanaşı, kəndli fermer təsərrüfatlarında yetişdirilmiş məhsul da qəbul olunmur. Onların irəli sürdüyü əsas məhsulun keyfiyyətini aşağı olması səbəbidir. Bu məsələyə digər tərəfdən baxsaq, emal müəssisələrinin son illərdə özləri üçün məhsul istehsal etməsinə istiqamət götürülməsini yaxşı görmək olur. Bunu müsbət hal kimi qiymətləndirmək olar. Ancaq təsərrüfatlar belə bir şəraitdə nə etməlidirlər. Yuxarıda göstərildiyi kimi hələlik bələdiyyə unitar müəssisələrinin keyfiyyətli məhsul istehsal etməyə imkanları çox məhduddur. Buna onların maliyyə imkanları çatmır. Belə bir şəraitdə respublika hökumətinin lazımi tədbirlər görməsi tələb olunur. Söz yox ki, «Rusiya üzümçülük və şərabçılıq haqqında» qəbul edilmiş yeni qanun bu məsələlərin lazımi səviyyədə həll edilməsinə təkan verəcəkdir.
Söhbəti qələmə aldı: Kərim Kərimov