Kitabxana gecəsi

Aprelin 24 də Dərbənd şəhərinin, Mərkəzləşdirilmiş kitabxanalar sisteminin gənclər kitabxanasında. Ümumrusiya aksiyası Kitabxana Gecəsi — 202 tədbiri keçirildi. Bu genişmiqyaslı layihədə Dərbənd şəhərinin 18 saylı Mədəniyyət və Sülh Gimnaziyasının 9-cu sinif şagirdlərinin kosmos və elm dərinliklərini öyrənməsinə imkan yaradıldı. «Cənnət evimizdir» məlumat saatı çox maraqlı oldu. «Ulduzlara aparan yol» kitab sərgisi-icmalı Kainatın genişliyinə həsr olunmuşdu. Məktəbin şagirdlərinə tematik filmlər nümayiş olundu: «Kosmos tarixi», «Yerin oğlu», planetlər və qalaktikalar haqqında maraqlı faktlar izah etdilər. Kitabxana gecəsi 2021, ilk kosmik uçuşun 60 illiyinə və Elm və Texnologiya ilinə həsr edilmişdir. Bu kosmik gecədə gənclərlə görüşdə Dərbənd Şəhəri Şəhər dairəsinin Mədəniyyət, İdman və Gənclər Siyasəti şöbəsinin müdiri — Samilə Siracətdinovna Nəcəfova, Mərkəzi Kitabxana sistemlərinin direktoru Diana Hafizövna Əliyeva, Rusiya və Azərbaycan Yazıçılar birliyinin üzvü, nəğməkar şairə Zeynəb Dərbəndli. İştirak etdik. Samilə Nəcəfova çox mənalı və maraqlı bir şəkildə uşaqlara kitabın elm və kosmik tədqiqat yolundakı rolundan danışdı.
Onları elmi fantastikaya yönəltməyə və xəyallarına can atmağa səslədi. Gənclər kitabxanasının aparıcı kitabxanaçısı İnara Muzamutdinovna
Yaraliyeva
«Dərbənd» şəhəri şəhər dairəsi Başçısı Rüstəmbəy Sədrətdinoviç Pirməhəmmədov adından sertifikata layiq görüldü. Diana Əliyeva ziyarətçilərə Dağıstan kosmonavtının elm və texnikanın inkişafındakı rolunu xatırlatdı. Y. Qaqarin və M. Manarovun adları şəhərimizin küçələrində əbədiləşdirilmişdir deyə vurğuladı. Kitabxana rəhbərliyi adından tematik çıxışlar hazırlayan və viktorinalarda fəal iştirak edən sinif müəllimi Indira Iosifovna Şahmardanova
ilə birlikdə 9-cu «v» sinif şagirdlərinə təşəkkür etdi. Sondaşairə Zeynəb Dərbəndli də şagirdləri, belə gözəl hazırladığlarına görə təbrik etdi. Şagirdləri suallara fəal cavablandırmaları, ən əsası da onların tarixi belə gözəl öyrənmələri. Demək olar ki, insana ruh verir. Gənclər bizin gələcəyimizdir, gələcəyin nümayəndələri belə fəal görəndə isə, insan həyata bir daha bağlanır. Internətin belə bir inkişafı zamanı, kitab oxuyan gəncləri görəndə. Insanın içkndə istər istəməz, qürur hissi oyanır.

M Seyidov.