Kitab zehnin açarı, elmin dünyasıdır. Kitab oxuyan hər kəs, bu dünyanın sakini sayılır. Kitab elə bir gücə malikdir ki, onun dili olmasa da, o insanlar danışa bilir. Dünyada bir birini tanımayan xalqları bir araya gətirən, min millətin tarixini bu günə gətirib çatdıra bilən bir qüvvədir kitab. Onun insanlara faydası haqqında, nə qədər yazaraq da azdır. O insanı həm göyə, kosmosa qaldıra bilir, gah da dənizin dərinliyinə apara bilir. Dünyada və keçmişdə baş verənləri, kitab vasitəsi ilə bilə bilirik. Kitab dünyası, ucu bucağı bilinməyən bir okiandır. Aprelin 24 də Dərbənd rayonunun Mərkəzi Kitabxanasında Ümumrusiya «Kitabxana gecəsi» aksiyasın da iştirak etdi. Bu il aksiya «Kitab — ulduzlara gedən yol» şüarı altında keçirilən,Sovet İttifaqı qəhrəmanı Yuriy Qaqarinin kosmosa uçuşunun 60-cı ildönümünə həsr olunmuşdur. Həm də bu aksiya Elm və Texnologiya ili olaraq da əlaqələndirilir. Sərgidə: «Elm və Kosmos» mövzusunda kitab şəklindəki bir sərgi bəzədilmişdi, kosmosa ilk insan uçuşunun kosmik gəmi şəkilləri və modelləri də nümayiş olunmuşdu. Tədbirdə Dərbənd rayonunun, mərkəzləşdirilmiş kitabxanaların direktoru Zamir İsaev, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan jurnalistlər birliyinin üzvü. Nəğməkar şairə Zeynəb Dərbəndli, Dərbənd rayonunun mədəniyyət, milli siyasət və din şöbəsinin müdiri Səkinə Seyidova, Dərbənd rayon mədəniyyət şöbəsinin sədri Adil Kuliyev, «Dərbənd rayonunun Təhsil şöbəsinin metodisti Nizam Hacıyev, Dərbənd rayoyunun mədəniyyət, milli siyasət və din şöbəsinin baş mütəxəssisi Maksim Kiçibəyov və Dərbənd rayonu kitabxanasının əməkdaşları iştirak etdilər. Tədbir çox gözəl və maraqlı formatda keçdi. Kitabxananın müdiri Zamir Isayev, Bu tədbirin hər il ümumrusiya aksiyası çərçivəsində keçirildiyini və bu il, Sovet Ittifaqı qəhrəmanı Ilk kosmonaft Yuriy Gagarinin kosmosa uçuşunun 60 illiyinə həsr olunduğunu vurğuladı. Şairə Zeynəb Dərbəndli, özünün uşağlığda Yuriy Gagarin haqqında eşitdiklərini söylədi və Dağıstanım adlı bir şeiri ilə çıxış etdi. Nizam Hacıyev, kosmosun əvvəldən və bu günə kimi nələri əldə etdiyini. Və özünün də kosmosla bağlı uşağlığ arzularını söyləyərək çıxış etdi. Səkinə Seyidova, bugün gənclərin kitab oxuma sevgisini görmək arzusunu və öz dövrünün gənclərinin, sevə-sevə gedib kitabxanalarda kitab aldığlarını söylədi. O həmdə, o dövrün uşağları və gəncləri üçün kitabxana müqəddəs bir yer kimi olduğunu da qeyd etdi. Adil Kuliyev, özünün orta məktəbdə və universitetdə oxuduğu vaxtlar, uşağların və gənclərin kitaba olan marağından danışdı. Maksim Kiçibəyov, indi uşağlar, kitabdan çox sosial şəbəkəyə bağlı olduğlarını vurğuladı. Tədbir maraqlı və yaddaqalan oldu.
M Seyidov.