Iki ildən çox, koronanın adını öz üzərinə götürüb, korona yəni «Tac»-ı camaatın gözündən salan bu xəstəlik, hələ də qol gəzməkdə davam edir.
Əvvəllər yanımızda asqıran olanda, o adama «Sağlam ol» deyərdik. Indi isə, yanından qaçmağa çalışırıb. Bu başımızda bir bəla deyilmi? Doğmalar uzaq olub, qonşular qaçaq. Adamlar bir-birinə əl salamı verməkdən qorxar olub, doğmalar bir-birini bağrına basmağı belə unudublar.
Düzdür, bütün bunları dəfələrlə yazmışıq, amma nə qədər də yazsaq yenə bu hal beynimizdə dolaşır. Zalım balası «KOVİD-19» bizim həyatımızı zəhərləyib, nə toydanıq, nə yasdan. Allah bəlasını versin.
Verilən məlumata görə, bir çox insanlar ona qarşı vaksini könüllü olaraq vurublar. Çünki hamı inanır ki, bəlkə vaksin vursa bu bəla başımızdan tezliklə gedər. Qonşu ölkələrdə Anası, bacısı, qardaşı, doğmaları, qohumları olan insanlar var ki, artıq nə müddətdir onların üzünə həsrətdirlər. Hamı hamı həsrətlə, doğmalarına sarılacağı günü gözləyirlər.
İnanıram ki, hamı çəkinmədən vaksini vursalar, tezliklə bu bəladan qurtararıq. Allah ona inanaraq əl açan insanın, əlini boş qaytarmaz. Əllərinizə antiseptik edin, açıq havada yox, marşrutlara minərkən masqadan mütləq istifadə edin. Allah hamımıza yar olsun Amin.
Z. Dərbəndli
Qəzetin ştatdan kənar müxbiri.