Kovid baş bəlası


«Kovid-19» başımıza bir bəla olub, düz iki ildir insanların həyatı ilə oynayır. Azalacağına ümid edirdik, əksinə artmaqda davam edir.
30 oktyabr 2021-ci il tarixindən başlayaraq, noyabrın 7-nə kimi karantin elan olundu. İş yerlərində çalışmaq üçün, hər kəsdən QR-kod tələb olunur. İnsanların az sayı bu günlərdə vaksin olunmaq üçün, xəstəxanalara müraciyət ediblər.
Əvvəldən belə olsaydı, bəlkə də xəstəliklərin sayı azalardı, uzaqdan eşitdikləri sözlərə görə, hər kəs vaksindən imtina edirdi. Əyər belə olmasa idi, bəlkə də bir çox ölümün qarşısı alınardı. Vaksin olunan və olunmayanlar bir yerdə olmaları da, xəstəliklərin çoxalmasına səbəb olub. Vaksin edilməyib, yalannan sertifikat alıb iş yerlərinə gələnlərin sayəsində, bir çox insanın həyatı təhlükədədir.
Karantin elan olunan bu müddət ərzində, avtobuslarda knsanlar üst-üstə masqasız gedib gəlir. İşə getmək məcburiyyətində olan insanlar, hansı ki vaksin ediblər. O vaksin etməyib bazara, şəhərə gedib gələnlərlə uzaq məsafə də deyil əksinə biri-birinin demək olar ki, qocağında marşurutda koronaya yuluxurlar.
Məncə hər birimiz fikirləşməliyik ki, bu öz sağlamlağımıza ziyandır. Hər kəsə sağlam və mənalı ömür arzulayıram.
M. Seyidov