Son zamanlar bir az sevinirdik ki, bu gözəgörünməz düşmən xəstəlik azalır. Amma heç onun elə bir fikri də yoxdur. Artıq yenə artmaqdadır, çoxalıb insanların həyatını məhv etməkdə davam edir. Oktyabrın 30-dan noyabrın 7-nə kimi, karantin elan olundu. Bu da o deməkdir ki, o heç vaxt azalmayıb.
Xəstəxanalarda xəstələrin sayı artmaqdadır, xəstəxanadan kənarda evlərində müalicə alan xəstələrin də sayı günü-gündən artır. «Kovid-19» deyilən bu zalım xəstəlik, hamını vəsvəsəyə salaraq öz cənginə alıb. Avtobuslarda insanlar, bir-birinin üzünə belə baxmaqdan qorxurlar.
Həkimlərin dediyinə görə, xəstəxanalarda «Vaksin» edənlərin sayı çox olsa da, xəstələnənlərin sayı da azalmaq bilmir. İnsanlar, bu xəstəliyə qalib gəlmək üçün hər şeyə əl atırlar. Sarımsaq, soğan, spirt, zəncəfil vəsair vasitələrdən istifadə edirlər. Amma koronavirus isə, getmək bilmir ki, bilmir. Yenə də, ümid Allahadır.
Toylar icazə verilmir, doğmalar bir-birindən uzaqlaşıb. Yenə 7 gün karantin olacağı deyilir, kaş ötən günlərimiz qayıdardı. İnsanlar üçün bundan böyük çətinlik nə ola bilər ki, Allah özü bizə yar olsun.
İnsanların üzündəki təbəssüm itib, o təbəssümü üzümüzə qaytar Allahım. Bütün xəstələrə can sağlığı, sağlam və mənalı ömür arzulayırıq.
M. Seyidov