Üçüncü ili haqlayan bu baş bəlası kovid, hələ də öz işindədir.
Kovid-19 gəldiyi gündən bəri, insanların həyatına ziyan vuraraq bir çox fəsadlar buraxıb. İndi son zamanlar onın azalması söylənilir, amma bu o demək deyil ki, biz arxayın olmalıyıq. Əksinə, daha da ehtiyatlı olmalıyıq. İçtimai yerlərdə, avtobuslarda, bir çox yerlərdə masqadan istifadə etməyin tövsiyyə olunur. Çünki kovid hələ ki, buralarda dolanır.
İnsanın sağlamlığı, hər zaman öz əlində olur. Soyuqa baxmadan, nazik geyinmək belə yetərlidir ki, xəstəlik adamın başının üstünü kəsdirir. Həmişə ki kimi əllərinizi tez-tez yuyun, antiseptikləyin, masqadan istifadə edin. Vitaminlər və ya vitaminli meyvələrdən istifadə edin. Əsas sağlamlıqdır, onu qorumaq üçün də, ən önəmlisi bütün soyuqdan, içtimai yerlərdən qorunmaqdır. Odur ki, kovidlə mübarizə davam edir. Hər kəsə sağlamlıq arzulayırıq.
M. Seyidov