Dağıstan Mədəniyyəti və Dili Günü. Dağıstan xalqlarının mədəni irsinin, ənənəvi adət-ənənələrinin və dillərinin qorunmasına həsr olunmuş bayramdır. Bu bayram hər il oktyabr ayının 21-də Dağıstanda təntənəli olaraq qeyd olunur.
Elə bu münasibətlə də Dərbənd rayon Bələdiyyə Dairəsinin Qəsəbələrarası Mərkəzləşdirilmiş Kitabxanasında, dəyirmi masa keçirilib. «Dağıstan xalqlarının mədəniyyətlərinin və dillərinin zənginliyi» devizi altında keçirilən bu tədbirdə “Dağıstan mədəniyyəti və dilləri günü” adlı rəngarəng kitab və illüstrasiya sərgisi də nümayiş etdirilib. İlk olaraq qonaqları və iştirakçıları salamlayaraq üçün söz, “Dərbənd rayonu” MKUK MCBS MR-nin direktoru İsayev Zamir İsaeviçə verilib. O qeyd edib ki, “Bu bayramın əsas ideyası ana dillərinin, mədəniyyətin və adət-ənənələrinin qorunub saxlanılması və inkişafı, Dağıstan Respublikasında yaşayan xalqların tarixi, mədəniyyəti və adət-ənənələrinin öyrənilməsidir.
Şagirdləri əcdadlarının zəngin mədəni irsi ilə tanış etməkdir.
Buna görə də biz Dərbənd rayonunun kənd məktəblərinin şagirdlərini və nümayəndələrini çoxmillətli Dağıstanınımızın müxtəlif dillərində şeirlər oxuduqları tədbirdə iştirak etmək üçün, sizləri dəvət etdik». Daha sonra tədbirin aparıcısı Əhmədova Sevil Dağıstan haqqında bir çox şeirlər yazan Zeynəb Dərbəndliyə söz verdi. Zeynəb xanım öz məşhur «Göz bəbəyim Dağıstanım» şeirini və təbrik nitqi ilə çıxış etdi. O, «Dili və mədəniyyəti olmayan xalq, xalq ola bilməz. Mən hər kəsi öz dilini, mədəniyyətini, adət ən-ənələrini və ulu irsini gələcək nəsillərə çatdırmalıdır. Mədəniyyət təkcə mahnı, şeir demək deyil. Mədəniyyət insanın davranışı, danışığı, hərəkəti və savadlılığıdır».—deyə vurğulayıb. Sonra Safiyət Djalqanskayaya söz təqdim etdi. Və Safiyat Calğanskaya da, Vətənə aid şeirini səsləndirdi.
O, «Mən öz dilimi, Sanki Dilimdə, ovcumda, şeirlərində qorumağa çalışıram. Çünki bu dialekt bizə, Ulu babalarımızın qalıb»—deyib. Sonra isə gənc oxucu şagirdlərimiz öz ana dillərində şeirlər söyləyərək olduqca maraqlı çıxış etdilər. Berekey kənd orta məktəbinin şagirdi
Ramazanova Ayməsə, Azərbaycan dilində
Süleyman Rüstəmin «Ey vətən» şeirini söyləyib.
Arablinskidən Tabassaran dilində Əlisultanova Bağdagül, Belicidən Ləzgi -dilində Ömərova Samara. Aşağı Calğandan Abdurəhimova Leyla, Safiyat Calğanskayanın «Ailə» şeiri ilə.
Avar dilində — Düzlər kəndindən Həsənova Səmiyə
Dargin dilində -Çinar kəndindən Abdullabəyova Marina
Amma şairə Safiyət Calganskayanın Əbdürəhimov Leylanın Calgan kəndinin dialektik fars dilində oxuduğu şeirini xüsusi qeyd etmək lazımdır.
Onu da qeyd etmək lazımdır ki, Dağıstanın milli xoreoqrafik mədəniyyəti təkcə Dağıstanda deyil, onun hüdudlarından kənarda da tanınır.
Muqartı kəndindən olan Zairə Səidovanın ifasında milli geyimli «Ağ çiçəyim» rəqsi tədbirə gələnlərin qəlbini fəth etdi.
Sonda Zamir İsaeviç Dağıstan Mədəniyyəti və Dili Gününə həsr olunmuş tədbirdə iştirak edən, bütün şagurdləri, Kitabxana sistemi adından “Təşəkkür” məktubları ilə təltif etdi. Sonra yekun nitqində Zamir İsayev “Bu bayram bizə hər bir xalqın ana dilini, mədəni xüsusiyyətlərini qoruyub saxlamağın vacibliyini bir daha nümayiş etdirməyə imkan verir”.—deyə vurğuladı. Axı mədəniyyət nəsillər arasında birləşdirici halqası, keçmişin yaddaşının qoruyucusu, gələcəyin ilham mənbəyidir.
Biz bütün Dağıstanın sakinlərini öz milli dillərini fəal şəkildə dəstəkləməyə, xalqlarının adət-ənənələrini öyrənməyə, öz tarixi və mədəniyyəti haqqında bildiklərini övladlarına ötürməyə çağırırıq. Yalnız birlikdə biz rayonumuzun nadir mədəni irsinin qorunub saxlanmasını təmin edə bilərik. Çünki güc, birlikdədir.
Qoy bu gün mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və bir-birinə hörmətin əhəmiyyəti haqqında düşünmək üçün bir səbəb olsun. Qoy hər kəs öz doğma dillərimizin və mədəniyyətlərimizin zənginliyini qoruyub saxlayaraq atalarımızın və babalarımızın əməyini davam etdirmək üçün özündə güc tapsın.
Bayramınız mübarək, əziz həmvətənlər!