Məhəmmədov Vəzir Rabadanoviç 19.03.1981 –ci ildə Dərbənd rayonunun  Dəliçoban kəndində  anadan olub

Məktəbi bitirdikdən sonra Rusiya Silahlı Qüvvələrində xidmət edib. 2006-cı ildən 2013-cü ilə qədər sərhəd xidmətində müqavilə ilə işə düzəlib.

2016-cı ildən Stavropolda Moskva vilayətində müqavilə əsasında işləyib. Xüsusi hərbi əməliyyatın  yarandığı ilk günlərdən bu günə kimi döyüş əməliyyatlarında iştirak edib. Luqansk, Donetsk və Xerson vilayətlərinin azad edilməsində iştirak edib. Vətən qarşısında borcunu yerinə yetirərkən üç dəfə yaralanıb. Göstərdiyi şücaətlərinə  görə,  birinci qvardiya  dəstəsi komandirnin müavini , baş gizir Məhəmmədov Vəzir  Jukov medalı ilə təltif edilib.