Məhsul qığımı davam edir

Dağıstanın bağlarında məhsul yığımı davam edir.

Dağıstanın təbii-iqlim şəraitinin unikallığı məhsul istehsalının müxtəlif sahələrinin inkişafı üçün imkanlaryaradır. O cümlədən respublikamızın bağçılıq məhsullarının istehsalı sahəsində kifayət qədər yaxşı potensialı var.

Hazırda Dağıstanda meyvə verən yaşda olan 25,2 minhektardan çox meyvə bağları var. Dağıstan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyininoperativ məlumatlarına əsasən, sentyabrın 30-na olanməlumata görə, 18 min hektar sahədən məhsul yığılıb. Orta məhsuldarlıq 91,3 sentner olmaqla 164 mintondan çox meyvə əldə edilmişdir. O cümlədən 40 mintona yaxın ərik, 11 min tona yaxın gilas, 26 min tondançox gavalı, 21 min tona yaxın şaftalı, 46 min tonayaxın alma, 12 min tonu armud və 4,4 min tonu qoz-fındıq bitkiləridir. 

Dağıstanın bağlarının 60 faizi Maqaramkent, Süleyman-Stal, Xasavyurt, Buynaksk, Dərbənd, Axtı, Gergebil və Tabasaran rayonlarının daxilində cəmləşmişdir. Son illərdə maddi dövlət dəstəyi sayəsində respublikada çoxillik plantasiyaların sahələri xeyli genişlənmiş, intensiv və superintensiv bağçılıq fəal inkişaf edir.

Xatırladaq ki, ötən 2021-ci ildə Dağıstan Respublikasında 200,3 min ton meyvə yığılıb. Bu, 2010-cu ilin göstəricisindən təxminən 2 dəfə çoxdur.