Məktəbə bağlı ömür


Məktəb hər bir insanln ikinci evidir, insan ailədə doğulub böyüyür tərbiyə alır, məktəb də isə gələcək üçün daha mükəmməl hazırlanır. Evdə insanın valideyni ata anadırsa, məktəbdə də müəllimlərdir. Müəllim müqəddəs sənətdir, müəllim gərək səbrlə, təmkinlə öz şagirdinə dərs öyrətsin. Bilirsiniz ki, bizim qəzetimizdə vaxtaşırı biz, müəllimlər haqqlnda məqalələr çap edirik. Bugün də sizlərə, qayğıkeş və sənətini ürəkdən sevən bir müəllimdən söhbət açacağıq.
Gülsəl Əlibabayevna Məhəmmədova, 1979-cu il iyunun 1-də. Dağıstan Respublikasının Dərbənd rayonunun Rubas kəndində anadan olub. 1986-ci il o, orta məktəbə qədəm qoyub. 1996-ci ildə isə o, orta məktəbi bitirib həmin il də, Şoloxov adına Moskva Dövlət Universitetinin Filologiya fakultesinə daxil olub. Bu onun ən böyük arzusu olub. O deyir ki, «Mən uşağkən müəllim olmağı arzulayırdım. Məhləmizdəki qızlarla müəllim oyunu oynardıq, mən həmişə müəllim olurdum. Valideynlərim də bunu görüb, mənim bu arzumun yerinə yetməsi üçün məni istədiyim sənətimə yiyələndirmək üçün, Moskvaya apardılar. Və mən ən çox arzuladığım bu məktəbə daxil oldum. Artıq müəlliməyəm, arzularımın qanadındayam. Çalışıram ki, bu vəzifəmi layiqincə yerinə yetirim». Gülsəl müəllimə oranı da əla qiymətlərlə bitirdikdən sonra, doğma kəndinə qayıdır və 2001-ci ildən ta bu günə kimi də, Rubas kənd orta məktəbində öz sevdiyi vəzifəsində, Rus dili və ədəbiyyatı müəllimi olaraq çalışır. İşlədiyi bu müddət ərzində, o həmişə çalışıb ki, onun şagirdləri həm rəftarda, həm bilikdə fərqlənsin. O özü də müəllim olaraq çox respublika və rayon üzrə keçirilən alimpiadalarda feal iştirak edib. «Rus dilinin quruyucusu» konkursunda Prizli yer tutataq, qalib kimi qayıdıb. Onun şagirdləri də hər zaman respublika və rayon alimpiadalarında feal iştirak ediblər, həmişə də yüksək yerləri tutublar. Bu da Gülsəl müəllimənin sənətinə olan sevgisindən, işinə necə sevgi ilə yanaşmasından və bir müəllimə olaraq şagirdlərinə olan qayğıkeşliyindən xəbər verir. O, mən artıq qalibəm deyə yerində oturan müəllimlərdən deyil. O həmişə axtarışdadır, hər zaman da şagirdlərinə yeni nələrsə öyrətməyə çalışır. Müəllimlik müqəddəs olduğu kimi, həm də cavabdehlik tələb olunan bur vəzifədir. Həm şagirdlərin tərbiyəsində, həm biliyinin artmasında, həm də şagirdləri davranışında bəzən müəllimləri günahlandırırlar. Gülsəl müəllimə deyir ki, «Mən nə qədər gücüm, qüvvəm yetərsə, mənim şagirdlərimin adları yaxşılar sırasında çəkilmələri üçün çalışıram. Bəzən bizdən asılı olmayaraq, hər hansı birimizin də səhvimiz ola bilər. Amma bu səhvdən bir ibrət ala bilməyin özü belə, böyük bir məktəbdən dərs almaq kimidir. Mən özüm də səhvlərimi göz önümə gəturərək, onlardan həqiqəti ayırmaq istəyurəm. Hamımız insanıq, heç kim deyə bilməz ki, mən haqlıyam. Şagirdlərimi də, öz səhvlərindən dərs almağı öyrədirəm. Mən sənətimi çox sevirəm, ona görə də, önümə çıxan hər bir çətinliyə də sinə gəlməyi, Allahın köməyi ilə bacaemışam».


Belə qayğıkeş, belə işində cavabdeh olan müəllimlərimizi görəndə adamın ruhu dincəlir. Bilirsən ki, vətənimizin gələcəyi mərd əllərdədir. Biz də Gülsəl müəlliməyə və onun timsalında bütün müəllimlərə can sağlığı, səbr və uğurlar arzulayırıq. Və sizlərə Nüsrət Kəsəmənlinin, “Müəllim” şeirini təqdim edirik.

Körpə ürəklərdə günəş tək yanan,
Çətin sınaqlarda məğrur dayanan,
İstəyi,arzusu çaglayan ümman,
Həyatın ən uca sözüdür Müəllim!!!

Odur,insanlara düz yol göstərən,
Gözünün nurunu gözlərə verən,
Həyatda əyrini,doğrunu görən,
Dünyanın möhtəşəm duzudur Müəllim!!!

Ziyalı olmasa, kor olar millət,
Caynaqlar altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət,
Bütün peşələrin gözüdür Müəllim!!!
H. Aslanov