Məktəb uşaqların ikinci evidir


Qədim Dərbənd şəhərində dünyaya göz açan hər bir ziyalı haqqında yazdığımız kimi, bu gün də sizə həm onun çalışdığı məktəb haqqında, məh də onun özü haqqında söhbət açmaq istəyirəm. Bu dəyərli və ziyalı xanım Aida Abdulovna Zamanovadır. O Dərbənd şəhərində dünyaya göz açıb, bütün uşaqlar kimi onun da böyük arzuları olub. Ən böyük arzularından biri də müəllim olmaq olub. Elə ona görə də, bu sənəti seçir. O Dərbənd şəhəri 3 saylı tam orta təhsil məktəbində təhsil alıb. Uşaqlığı da maraqlı keçən bu qız, elə uşaqlıqdan bu sənətə vurğunluğunu bildirirdi. Uşaqlarla oynayarkən belə, ciddi müəllim obrazını yaradırdı. Qonşular hamı deyərdi ki, bizim bu Aida qızımız böyüyəndə ciddi bir müəllim olacaq. O 3 saylı məktəbə hazırlığ sinifinə qədəm qoyanda, onun müəllimi onun bu duruşuna baxıb, bu uşağın gözəl və parlaq gələcəyi olacaq. Aida xanım məktəbə başlayanda, onun ilk müəllimi Lidya Fyodurovna olub. Orta məktəbi bitirdikdən sonra Dağıstan Dövlət Pedagoji Universitetinə daxil olub, orada da, öz biliyi və ağıllılığı ilə tələbə yoldaşlarından seçilməyə başlayır. Oranı da hamının sevgisini qazanaraq 1989-cu ildə bitirib. Və həmin ildən Dərbənd şəhəri 6 saylı Internat məktəbində müəllim vəzifəsində çalışmağa başlayır. Müəllim işlədiyi müddətdə, onun şagirdləri respublika və şəhər müsabiqələrinə əla hazırlayıb və şagirdləri 1-ci, 2-ci, 3-cü yerə çıxıblar. Aida müəllimə öz sənətini həddindən çox sevir, öz sənətinə əl çatmaz bir dağ kimi baxır. Çünki onun üçün, müəllimlik müqəddəs bir zirvədir. Aida Abdulovna Artıq bir neçə ildir ki, həmin internat məktəbidə direktor müavini vəzifəsində çalışır.
Çalışdığı bu illər ərzində, kollektivi arasında öz hörmət və rəğbətini qazana bilib. Həm müəllimlər, həm şagirdlər onun haqqında çox gözəl fikirlər söyləyirlər. Onunla söhbət zamanı gördüm ki, o bu məktəbə mənim ikinci evim deyərək ifadə edir. Bu da onun, öz sənətinə necə vurğun olduğunu bilavasitə sübut edir. O Dağıstan Respublikasını fəxri işçisi və ilin müəllimi naminasiyalarına da layiq görülüb. Böyük əməyinə görə, bir çox dillomlar, fəxri fərmanlar və təşəkkürnamələr alıb. Əsil müəllimlik sənətinin keşikçisi, öz işinin fedaisi Aida müəllimə, hələ də elə o cür də davam etməkdədir.
Dərbənddə bu internat məktəb həm səliqə də, həm tərbiyə də öz reytingini qazana bilən təhsil ocağlarındandır. Ona görə də hər il bura övladlarını etibar etmək üçün, bir çox valideynlər müraciyət edirlər. Hər hansı şagirdin valideynləri bu məktəbdən öz razılığlarını bildirirlər. Təəssüf ki, bütün uşaqları qəbul edə bilmirlər, çünki bütün məktəblər də olduğu kimi, bu məktəbin də öz hüquqları və qaydaları var. Hətda bu internat məktəbi, başqa məktəblərdən bir az da fərqlənir. Çünki burada rayonun bir çox kəndlərindən şagirdlər var. Bəlkə də heç bir valideynə, uşağının qəbuluna görə yox deyilməzdi. Sadəcə yer çatışmamazlığı olduğu üçün, yox demək məcburiyyətində qalırlar. Bu 6 nömrəli internat məktəbində Dərbənd rayonunun bir sıra kəndlərindən və qəsəbələrindən də çox sayda uşaqlar var. Onlara xüsusi qayğı göstərilir, çüni onlar burada gecə gündüz qalırlar. Yeməklərinin, və özlərini gigiyenik qaydada təmiz və səliqəli saxlayırlar. Ona görə, direktor müavini Aida Abdulovna deyir ki, məktəb uşaqların ikinci evidir. Valideynlər öz övladlarını, bizə əmanət edirlər.
Hər bir valideyn, öz övladının ən yaxşı məktəbdə təhsil almasını istəyir, özü də, hər kəs bu məktəbə müraciyət edir. Məktəbin çox mehriban və istiqanlı kollektivi var, burda hər kəs işini sevərək yerinə yetirir. Ona görə də, həm uşaqlar, həm valideynlər bu internat məktəbindən razıdırlar.
Bu internat məktəbin çox dəyərli və kollektivi ilə öz doğmaları kimi rəftar edən direktoru Ramzes Zeynaloviç, Qasımov bu məktəbə gəldiyi gündən, məktəbin bu reytingi öz yerini itirməməsi üçün əlindən gələni edir. Bütün şagirdlərə can deyə müraciyət edir. Məktəbdə hər hansı bir müəllimi bir tədbir edəndə və ya mükafat alanda qürurlanır. O deyir ki, «Hər bir müəllimin uğuru, bizim uğurumuzdur.

Respublika və ya şəhər müsabiqələrində yer alıb qalib gələn şagird də, bizim baş ucalığımızdır. Bizim məktəb həmişə olduğu kimi, həm tərbiyəsi, həm istiqanlılığını qoruyub saxlamalıdır. Mən çəxsən özüm, bu münasibətlə məktəbimizdə can qoyuram və qürur duyuram ki, bizim bütün kollektivimiz də, mənimlə eyni fikirdədir». Direktor məktəbdə təhsil alan hər uşaqa, öz doğma balası kimi yanaşır. Bu hər bir özünü müəllim sayan insanın borcudur.


Bu məktəbin müəllimlərindən tutmuş, tərbiyəçilərinə kimi insani cəhətləri ilə tanınır və sevilir. Onlar hər il Rusiya Federasiyasının, Dağıstan Respublikasının bütün dövlət bayramlarını təntənə ilə qeyd edirlər. Bu il DMSSRİ-nin 100 illik yubileyini, ən yüksək səviyyədə keçiriblər.
Aidə Abdulovna ilə söhbətimiz əsnasında, 2021-2022-ci tədris ili üçün məktəbə birinci siniflərdildiyini soruşdum. Aidə müəllim «Hər il olduğu kimi bu il də, məktəbimizdə iki birinci sinif oldu. Bu il birinci sinifləri Şəmsiyət Bayraməliyevna Calalova və Taisə Bugaldinovna Şabanova idarə edəcəklər. Bizim müəllimlərimizin necə cavabdeh olduqlarını nəzərə alaraq, yeni gələn uşaqlarımızın məktəbimizə tez öyrəşəcəklərinə inanıram. Və inanıram ki, bizim isdedadlı pedagoglarımızın şagirdləri yenə də bizim bu 6 nömrəli internat məktəbimizin başını uca edəcəklər. İldən ilə əlaçı şagirdlərimizin artmasına inanmışam və inanıram. Uşağa məktəbi müəllim sevdirməlidir, çünki uşaq məktəbə gələndə ilk olaraq özünü yad hiss edir. Elə bunun üçün də, müəllim məktəbi uşağa sevdirməyi bacarmalıdır. Bax onda həm uşaq qazanır, həm də müəllim. Mən də öz növbəmdə, bütün müəllim heətimizə uğurlar arzulayıram»-deyə vurğuladı.
Mən də bu dəyərli pedagog, gözəl ürəkli xanım Aidə Abdulovna ilə söhbətimdən sözün əsil mənasında həzz aldım. Kaş bütün müəllimlərimiz belə, bu cür işinə istiqanlı və sevərək yanaşaydı. Tanıdığım bütün müəllimlər dəyərlidir. Necə ki, məktəb uşaqların ikinci evidir, eləcə də müəllim uşağın ikinci valideynidir.
Dərbənd şəhəri 6 nömrəli internat məktəbinin bütün kollektivinə, bu məsuliyyatli işlərində daima uğurlar arzulayırıq.
M. Seyidov