Məktəblər təmirdən sonra


Dağıstanda məktəb və uşağ bağçalarında əsaslı təmir işləri gedir, Dərbənd də bu işlərdə hər zaman fəal iştirak edir. Dağıstan Respublikasının başçısı, Sergey Alimoviç Melikovun dəstəyi ilə, Dağıstanın bir çox bölgələrinin məktəblərində, təmir işləri gedir. Bizim Dərbəndmizin də bir çox bağça və məktəbləri təmir olunub. Bu il də, şəhərimizin 1 nömrəli məktəbi əsaslı təmir olunub və artıq uşağların ixtiyarına verilib. Siniflər, müəllim otağları, akt zalları, müasir dövrə uyğun olaraq hazırlanıb. Uşağların 2022.2023-cü tədris ili üçün, bu məktəbdə hər cür şərait yaradılıb. Hər fənn üzrə otağlar, idman zalı, bir sözlə gözəl və təmiz bir müasir məktəbə çevrilib Dərbəndin 1 nömrəli məktəbi.
Müasir dövrə uyğun avadanlığlarla təmin olunmuş bu məktəb, ümid edirik ki, vətənimizin gələcəyi üçün dəyərli və layiqli kadırlar hazırlayacaq. Məktəbə kənardan baxsan belə, görəcəksən ki, necə gözəl və səliqəlidir. Məktəbin müəllim kollektivinə və burada təhsil alan uşağlara uğurlar arzulayırıq. Və başçımıza, minnətdarlığımızı bildiririk. Çünki, uşağların layiqli yetişməsi üçün, onlara gözəl təhsil ocağları lazımdır. Uşağlarımıza, uğurlar arzulayırıq.
M. Seyidov