MƏKTƏBLİLƏRİN MƏDƏNİYYƏT GÜNDƏLİYİ

Bu günlərdə, Dərbənd şəhər 6 nömrəli İnternat məktəbinin 7 a sinifinin şagirdləri,
«Məktəblilərim mədəniyyət gündəliyi» layihəsi çərçivəsində. Dərbəndin mədəniyyət xadimləri ilə görüşlər kəçirib. 6 nömrəli internat məktəbinin tərbiyəçiləri Mahiyət Abzətdinovna Abduləliyeva, Raya Kamalətdinovna Nurəliyeva. Şagirlərlə bərabər həm şəhərin görməli yerlərini ekskursiya ediblər, həmdə mədəniyyət adamları ilə görüşlər təşkil ediblər. Aprelin 6 da, Dərbəndin tanınmış şairi, nəğməkar şairə Zeynəb Dərbəndli ilə görüşüb, onunla həm söhbət ediblər həm müsahibə götürüblər. Şairə ilə görüş, məktəblilərin ürəyincə olub. Onlar, Zeynəb Dərbəndlinin yaradıcılığına qısa səyahət ediblər. Həm şairənin özü, həm də məktəbin ana dili və ədəbiyyat müəllimi Samayə Sadıqovna Əlibəyova onun həyat yolu və sənətə gəlişini məktəblilərə çatdırıblar. Zeynəb xanım məltəblilərin qarşısında həm musiqi nömrələri ilə həm də öz şeirləri ilə çıxış edib. Tərbiyəçilər uşaqlarla bərabər, şairənin həyat yolu ilə tanış olublar və şairəyə maraqlı suallarla müraciyət ediblər. Məktəblilərin Zeynəb xanımı sevərək dövrəyə alıb onunla söhbət etmələri, xatirə şəkilləri çəkmələri. Sözün əsil mənasında, uşaqların üyincə olub. Həm şagirdlər, həm tərbiyəçilər bu günü sevə-sevə yaşadıqlarını vurğulayıblar. Şəhərimizin sənətkarlarına verilən bu dəyər, onların yeni sənət əsərini ürəklə hazırlayacağının təməlidir deyərdim. Zeynəb Dərbəndli də, sevə-sevə oxunulası şairlərimizdəndir. Bu gün şairə hətda, dünyasını dəyişmiş şairlərimizi də yad edib. O deyib ki, biz bu dünyadan gedəndə cismimiz gedir, ruhumuz isə şeirlərimizlə bizi əsirlər böyu yaşadır. Zeynəb xanım Dərbəndin bütün şairləri haqqında, məktəblilərə qısaca danışıb. Biz yazırıq ki, siz bizim yazsığlarımız oxuyub onlardan bəhrələnəsiniz. Sizin böyük şansınız var oxuyun, yazın yaradın. Çünki mənim, oxuma şansım olmadığı üçün, mənim bir çox arzuma əlim çatmadı. Amma sizlər üçün bu şans var, dilinizi dilimizi qorumalıyıq. Dilimizi yaşatmaq üçün, hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Oxuyun uşaqlar, mən mənim uşaqlığıma son qoyan yağışı hələ də unutmamışam. Amma yenə Allahım məni sınmağa qoymayıb. Sizlərə, gələcəkdə bol şans arzu edirəm deyə, Zeynəb Dərbəndli uşaqlara xoş arzular diləyib.

M Seyidov.