Dərbənd ta dövrü qədimdən güclü, cəsarətli, sədaqətli, ləyaqətli insanları ilə tanınır. Xüsusən də, xanımlar, onların mərdliyi min kitaba sığmaz.. Dərbəndə həm alim, həm şair, müəllim, həkim, professor, incəsənət, mədəniyyət vəsair vəzifələrdə olan xanımlar var ki, onların haqqında, kiçik bir tarix olaraq, gələcək nəsillərə yazıb çatdırmaq lazımdır. Belə bir müqəddəs missiya ilə isdedadlı müəllim, isdedadlı pedaqoq, gözəl ailə başçısı, mehriban Ana, qayğıkeş nənə, mən deyərdim dəyərli insan, ləyaqətli xanım Aslanova Elmira Abdullayevna ilk addımını atıb. 3 il bundan öncə, o ilk kitabını çap etdirmişdir. O kitabda, Dərbəndin bir çox sayılıb seçilən, görkəmli xanım xadimləri haqqında yazmışdı. Bu dəfə isə, o siyahı da bir çoxları ilə yanaşı mənim haqqımda da yazı dərc olunub. İnanın ki, bu cür işləri görən hər bir xanıma.
İstər yaşlı, istərsə də gənc xanım olsun, mən elə insanlarla həm fəxr edirəm, həm də onlara əhsən deyirəm. Elmira müəllimə çox təvazökar bir insandır, özünə tərif istəyən xanımlardan deyil. Amma gördüyü iş, balaca da sayılmaz. O, öz ikinci kitabını, isti bir görüşlə təqdim etdi.
Dekabrın 13-çü Dərbənd şəhərinin Üç Din muzeyində. Tanınmış pedagog Aslanova Elmira Abdullayevnanın «Mən qadınam, həyat kimi əbədiyəm» adlı ikinci kitabının təqdimatı keçirildi. Təqdimat çox gözəl və yaddaqalan oldu. Tədbirdə, kitabda təqdim olunmuş xanımların üçdə bir qismi iştirak edirdi. Onlardan
Gülşən Həmidovna, SeyidKöbrə Mirhüseynovna. Dərbənd şəhər Üç Din Muzeyinin direktoru Diana Tekrarovna, Dərbənd rayonunun baş müsahibi Bela Bilalovna, Dərbənd şəhər 15 nömrəli məktəbin direktor müavini İrina Vitalyevna. Dərbənd şəhər, mərkəzi doğum evinin mamaçı-genikoluqu Gülşən Babayevna. Dərbənd şəhər doğum evinin uşaq həkimi Reyhan Uzdinovna.

«Dərbənd» respublika qəzetinin məsul katibi Ayna Məmmədova. Elmira Mikayılovna. Dərbənd şəhəri, Nizami Gəncəvi adına 6 nömrəli məktəbin «DR əməkdar müəllimi» rus dili və ədəbiyyatı müəllimi Gülmira Əlimiranovna. Mən nəğməkar şairə, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Musiqili Dram Teatrının aktrisası Zeynəb Dərbəndli və başqaları iştirak edirdi. Tədbirin musiqili hissəsində, mənlə bərabər. Dəyərli musiqi həmkarlarım. Elmira Abdullayevnanın qardaşı oğlu, Dərbənd estradasının ulduzu Daşdıbəy İsmayılov və Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Xurşidə İsmayılova məclisə gözəllik qaldılar.
Sonda mən o gözəl Analar, nənələr, xanımlar üçün. Özümün «Anadır» şeirimi səsləndirdim. Sizlərə təqdim edirəm.
Anadır
Durub yol üstə gözləyən,
Hər anımızı izləyən,
Bizi sevən, əzizləyən,
Ürəyi yanan Anadır.
Mələk kimi göydən ənən,
Bizimlə uşağa dönən,
Xoş günümüzə sevinən,
Ən böyük insan Anadır.
Ürəyin də mərhəməti,
Öz sözündə dürüst, qəti,
Bizə öyüd, nəsihəti,
Verən qəhrəman Anadır.
Səsi ipəkdən də ipək,
Ən xoş arzu, ən xoş dilək,
Hekaye, dastan nə gərək?
Tükənməz dastan Anadır.
Zeynəbəm, ayrı sözüm yox,
O gedib, sanki gözüm yox,
Anasızlığa dözüm yox,
Dərdimə dərman Anadır.
Elmira müəlliməni və kitabda çap olunan xanımları. Həm öz adımdan, həm də «Dərbənd» qəzetinin rəhbərliyi və kollektivi adından təbrik edirəm. «Dərbənd» respublika qəzetinin ştatdankənar müxbiri Z. Dərbəndli.


