Mənasız Əfqanıstan müharibəsi

Sülhsevər Sovetlər ölkəsinin tarixində çoxlu hadisələr olmuşdur. Lakin Əfqanistan müharibəsi bu hadisələrin içərisində xüsusi yer tutur.
Bu hadisədən 30 il keçməsinə baxmayaraq, indiyə kimi onun haqqında rəylər, münasibətlər, müzakirələr müxtəlifdir. Ona görə də bu hadisənin yaranma tarixinə nəzər salanda çox maraqlı faktlar ortaya çıxır. Əfqanistan müharibəsinin yaranma tarixi 20 aprel 1978-ci il tarixdə Əfqanistan da demokratik yönümlü Xalq Demokratik Partiyasının hakimiyyətə gəlməsi ilə başlanmışdır. 1979-cu ilin oktyabr ayında Əfqanıstan Xalq Respublikasının Inqilabı Şurasının baş katibi Nurməhəmməd Tarakinin, onun müavini Hafizolla Əmin başda olmaqla qəsbkarlar tərəfindən öldürülür. Ölkədə vətəndaş müharibəsi başlayır, müxtəlif islam qrupları Sosialist Höküməti ilə silahlı mübarizəyə qalxır. Özlərini sülh oğrunda mübarizlər adlandıran NATO hökümətləri fars körfəzinin, Ərəb dövlətləri, Pakistan, Iran və Çin onlara silah və sursat göndərildilər. Mücahidlərin təlim düşərgələri də məhz bu dövlətlərdə yerləşmişdi. 1979-ci ili aprel-sentyabr aylarında Əfqanistan Demokratik Respublikasının rəhbərliyi SSSR-i hökümətinə qoşunlar göndərməsi haqqında müraciyət göndərmişdir. 12 dekabr 1979-ci ildə Sov IKP MK-nın baş katibi Leonid Brejnev və Sov IKO MK-nın siyasi bürusunun xüsusi kommisiyası dost Əfqanistan xalqına beynəlmilər kömək göstərmək məqsədilə Əfqanistana qoşun göndərməsi haqqında qərar qəbul edir. SSSR-in Müdafiə nazirinin direktivinə müvafiq olaraq sovet qoşunları Əfqanistanda qarnizonlarla yerləşərək vacib obyektləri müdafiə etməli idilər. 27 dekabr 1979-cu il tarixdə SSSR-i Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi bölmələri Kabildə «Hücjm 333» əməliyyatı keçirərək Hafizolla Əminin sarayına hücum çəkir və Əfqanistan ƏXDP -nin baş katibi Hafizolla Əmin qətlə yetirilir və sovet rəhbərliyinə loyal olan Babrak Kalmal hakimiyyətə gətirilir. Bələliklə Əfqanistan torpağında gedən silahlı toqquşmalar səngimək bilmir. 14 yanvar 1980-ci il tarixdə BMT-nin baş assambleyasının qəbul etdiyi qərarda Əfqanistana edilmiş silahlı intervensiya pislənir və sovet qoşunlarının oradan çıxarılmasını tələb olunur. Bələliklə, 1980-ci ilin yanvar ayına «Əfqanistan sovet qoşunlarının məhdud kontinqenti» rəsmi adı almış40-cı Sovet ordusu buraya daxil olur.

Sonralar Əfqanistan ərazisinə 3 motoatıcı və 1 hava desant diviziyası, əlahiddə desant hücum brigadası və əlahiddə paraşut desant polku yeridilir. Həmin ilin ortalarında qruplaşma daha bir motoatıcı deviziya və əlahiddə alayla gücləndirilmişdir. Həmin vaxtda qoşunların ümumi sayı 82 min nəfərə, 5 il sonra isə qoşunların sayı 106 min nəfərə çatdırılmışdır. Müdafiə nazirliyinin məlumatlarına görə Əfqanistanda 14 min nəfər əsgar və zabit həlak olmuşdur. Onların arasında respublikamızın və Dərbənd rayonunun sakinləri də vardır. Dərbənd rayon veteranlar şurasının verdiyi məlumata görə Əfqanistan müharibəsində Dərbənd rayonundan 144 nəfər iştirak etmiş, onlardan üçü döyüşlərdə qəhrəmancasına həlak olmuş və biri itkin düşmüşdür. Beybala Qazibalayev, Eynulla Hacıbalayev «Döyüş xidmətlərinə görə» medalı və «Qırmızı bayraq» ordeni ilə Israfil Abasov «Sovet Ittifaqı qəhrəmanı» adına layiq görülmüşlər.
Aşağı Calğan kəndinin sakini Eynulla Hacıyeviç Hacıbalayevin adı Ümumittifaq xatirə kitabına daxil edilmişdir. O 1965-ci ilin fevral ayının 18-də Aşağı Calğan kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra sənədlərini Dagestanskiye Ogni şəhərinin 3 nömrəli Kənd texniki peşə məktəbinə verir və buranı müvəffəqiyyətlə bitirir. 17 noyabr 1984-cü ildə Dərbənd birləşdirilmiş şəhər hərbi komissarlığı tərəfindən SSSR-i silahlı qüvvələrinə xidmət etməyə göndərilir. Bir il sonra Əfqanistan Respublikasında xidmət etməyə başlayır. Yefreytor, BMT sürücü mexaniki Eynulla Hacıyeviçin Əfqanistanda göstərdiyi igidliklər az olmamışdır. Cəsur döyüşçü 14 döyüş əməliyyatında iştirak etmiş və xüsusilə qoşun dəstələrinin müşayət edilməsində böyük xidmətləri olmuşdur. 18 iyun 1986-cı il tarixdə gedən döyüşlərdə Eynulla 3 atəş nəticəsini susdurmuş ancağ aldığı çoxli qəplə yarasından döyüşdə həlak olmuşdur. Göstərdiyi igidlik və mərdliklərə görə «Döyüş xidmətlərinə görə» və «Qırmızı ulduz» ordeni ilə təltif edilmişdir. E. Hacıbabayev doğma kəndinə gətirilib bastırılmış və onun xatirəsinin əbədiləşdirilməsi üçün hər ildə müəyyən tədbirlər keçirilir. Oxuduğu məktəbə onun adı verilməsi buna misal ola bilər.
K. Kərimov