Müasir Dağıstan gənclərinin həyatında ana dilinin rolu
Ana dilim sən ki, varsan dünyada
«Mən də varam» söyləməyə haqlıyam.
Anam, ana dilim, ana Vətənim,
Mən bütün qəlbimlə sizə bağlıyam.
Ələkbər Ziyatayın bu sətirləri həm mənim qəlbimdə öz dilimə, elimə və millətimə olan duyğuları oyadır, həm şagirdlərimin ürəklərində bu hissləri böyütmək üçün həvəslə dərslərdə iştirak edirəm.
Martın 7-də @lezginskiy_teatr binasında ana dilində inşa müsabiqəsi qaliblərinə «Dağıstanın müasir gənclərin həyatında ana dilinin rolu» mövzusunda sertifikat və mükafatların təqdimetmə mərasimi keçirildi. Yarış Dağıstan regional ictimai təşkilatı @ mol.yuzhdag tərəfindən 5 nominasiyada Tabasaran, Azərbaycan, ləzgi, aqul və saxur dillərində təşkil edilmişdir.
Azərbaycan dili nominasiyasında 1-ci yeri 7 «b» sinif şagirdi Regina Şahbazova tutdu.
Reginanı təbrik edirəm və ana dilinin ona isti, xoşbəxt anlar yaşatmağa davam etməyi arzulayıram. Aşağıda onun yazdığı inşanı sizə təqdim edirəm.
Müasir Dağıstan gənclərinin həyatında ana dilinin rolu
Mən Vəlikənt məktəbinin 7-ci sinif şagirdiyəm. Ana dilim Azərbaycan dilidir. Mən rus dilini də sevırəm, amma evimizdə öz ana dilimizdə danışırıq. Mənim nənəm, babam, atam, anam və iki qardaşım var. Biz balaca yaşlarımızdan nənəmin nağılları, laylaları, atalar sözləri ilə böyüdük. İndisə nənəm çox qocalmış, bizdə büyümüşük. Rus dildə çox danışırıq, amma ana dilimizin şirin sözləri ürəyimizin ən sirli guşələrində yaşayır. Mən, ana dilimi, ancaq uşaqlıq illər deyil, ana dili və ədəbiyyat müəllimi sayəsində çox sevirəm. Dilimizin nə qədər böyük 50 milyon insanın ana dilinin — Azərbaycan dili olduğunu, ondan öyrəndim.
DR-da 36 millər yaşayır və onlar müxtəlif dillərdə danışır. Bəzi gənclər, ana dilini sevmirlər. Mən, əlbəttə, özünü rus dilinə «yamaqlayan» insanları anlamıram. Mən də rus dilini sevirəm, ədəbiyyatını, böyük Vətənimin dili olaraq, hətta dünyanın ən gözəl dillərindən biri olaraq qəbul edirəm, amma ana dilinin yeri başqadır. Ana dilini unutmamalıyıq. Hər yerdə, ana dili, insanın kimliyini qoruyan, insanın millətini bildirən bir vasitədir. Xalq arasında bir bağıntı, birlik yaradır. Əvvəlcə «Ailə birliyi», sonra «Millət birliyi» , «Vətəndaş birliyi» və sonunda «İnsanlıq birliyi» yaranır. Balaca duyğu-böyükləşir. Lev Nikolayeviç Tolstoy:»Hansı dildə danışırsan danış, amma doğma dilin-ana dildir» — demişdir. Dağıstan gəncləri arasında ana dilin dəyərdən düşməməlidir. Çünki Dağıstan xalqı öz millətini sevən, böyüklərə hörmət edən, adətlərə və ailəyə bağlı bir cəmiyyətdir. Məndə gələcəyə düzgün addım atıb, ana dilimi gələcəyə ötürən, körpü rolunu oynayan bir şəxs kimi özümü hiss edirəm və bu vəzifəni yerinə yetirməyə-yəni, yeni nəsillərə dilimi ötürməyə çalışacağam.
R.Şahbazova,
Vəlikənd orta məktəbinin ana dili müəllimi