Mahaçqala hava limanının yenidən qurulmasına 2023-cü ildə başlanacaq

Bu barədə Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov respublika Nəqliyyat Nazirliyinin əməkdaşları ilə görüşü zamanı bildirib.

Baş nazirin sözlərinə görə, 3 il ərzində yeni uçuş-enmə zolağı tikiləcək ki, bu da geniş gövdəli təyyarələri qəbul etməyə imkan verəcək, perron və aerodrominfrastrukturu yenidən qurulacaq.

“Rusiya Federasiyasının “Nəqliyyat sisteminininkişafı” dövlət proqramının bir hissəsi olaraq, RusiyaFederasiyası Hökumətinin sərəncamına uyğun olaraq, bu məqsədlər üçün 13 milyard rubldan çox vəsait nəzərdə tutulub”.- deyə bildirdi.

Hazırladı: S. Mirhəmidova