Mahaçqala, Kaspiysk və Dərbənddə üç pilot məktəb MEM-ə qoşulma mərhələlərini uğurla başa vurub.

 

Bu barədə Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov Operativ Qərargahın iclasında məlumat verib.

Onun sözlərinə görə, bu il bütün region məktəblərinin tam miqyasda qoşulması üçün hazırlıq tədbirlərinə başlanılıb. “Xatırlatmaq istərdim ki, təhsil insanın bilik əldə etdiyi, qarşılıqlı əlaqədə olmağı öyrəndiyi, mədəniyyətlə tanış olduğu və cəmiyyətin dəyərlərini mənimsədiyi mühüm prosesdir.

Təhsilin prinsiplərindən biri onun əlçatanlığıdır ki, 2023-cü ilin oktyabrında məktəblərin elektron kitabxanasında 2 milyona yaxın rəqəmsal tədris materialları, interaktiv proqramlar və videodərslər ,unikal virtual laboratoriyalar olan Moskva Elektron Məktəbinin xidmətlərinə qoşulmağa başlanan layihənin həyata keçirilməsinə başlanılıb”,- dedi.