Maqomed İbragimov Dağıstan Jurnalistlər Birliyininrəhbəri seçilib.


“Ləzgi qazeta” həftəliyinin baş redaktoru Maqomed İbraqimov Dağıstan Jurnalistlər Birliyinin rəhbəri seçilib. Maqomed İbragimoviç İbraqimov ləzgi dilində yazıb-yaradan jurnalistdir.O, həm filoloq, şairi və ictimai xadimdir. Bu istedadlı insan DASSR, Kurax rayonunun İkra kəndindəndir. 2011-ci ildən Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü ,2014-cü ildən isə Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvüdür.Maqomed İbraqimov 2023-cü idə «Dağıstan Respublikasının əməkdar jurnalisti» adına layiq görülüb,Ramil Mikayılov adına Ləzgi Jurnalistika Mükafatının ilk laureatıdır, “Həsən Əlqədəri adına Mədəniyyət və Maarif Mərkəzi”ANO-nun direktoru olub.
Maqomed İbrahimov “İlham şəfəqi” (2009) kitabının müıllifi və “Ümid işığı” (2013) kitabının həmmüəllifidir. Kuruqli Fərzəliyevlə həmmüəlliflikdə ləzgi dili üzrə iki dərslik nəşr etdirmişdir. Dövri mətbuatda İbraqimovun 30-a yaxın ədəbi-tənqidi məqaləsi və resenziyası dərc olunub. 2012-ci ildə ana dilinin və mədəniyyətinin qorunub saxlanılmasında və inkişafında xidmətlərinə görə Maqomed İbraqimoviç İbraqimov Dağıstan Respublikasının Xalq Şairi Yusup Xappalayevin Respublika Mükafatı laureatı olub. O, həmçinin Dağıstan Respublikasının xalq şairi Yusup Xappalayevin xatirə medalları, “DASSR-in yaranmasının 100 illiyi”, “Qalib xalqa şöhrət” , General-polkovnik M.T. Tankayevin Vətənpərvərlik Fondunun adına fəxri döş nişanı və s. ilə təltif edilib. 2017-ci ildən indiyədək “Ləzgi qazeta” həftəliyinin baş redaktoru vəzifəsində çalışıb.
Murad Səidov