MART 2008 Cİ İL


Dәrbәnd rayonu vә şәhәrinin әdәbiyyatçılarına aғır itki üz vermişdir. Ömrünün 73-çü ilindә pedaqoq, istedadlı şair, gözәl vә tәmәnnasız insan Şıxibrahim Ma- naf oғlu Manafov vәfat edәrәk xatirәyә çevrildi.
Ş.Manafov 1935-çi ildә Dәrbәnd rayonunun Zidyan kәndindә anadan olub. İbtidai mәktәbi öz kәndindә, natamam orta mәktәbi Zidyan-Qazmaları kәndindә vә orta mәktәbi Muғartı kәndindә başa vuran gәnç şıxibrahim 1955-çi ildә Bakı şәhәrindә Azәrbayçan Dövlәt Pedaqoji İnstitutunun tarix- filologiya fakültәsinә daxil olur vә oranı 1960- çı ildә müvәffәqiyyәtlә bitirir. Әmәk fәaliyyәtinә Muғartı kәnd orta mәktәbindә başlayır. Sonra Oqni qәsәbәsindәki kәnd texniki peşә mәktәbindә, daha sonra İliç adına sovxozda ibtidai mәktәbin, 1966-69- çu illәr- dә Çinar kәndindәki sәkkizillik mәktәbin direktoru işlәmişdir. 1969-çu ildәn başlayaraq mәtbuata bağlanır,- ömrünün sonuna kimi respublikamızda çıxan «Leninçi» , indi isә «Dәrbәnd» adlandırılan respublika qәzetindә müxtәlif vәzifәlәrdә, o çümlәdәn redaktor müavini vә baş redaktor әvәzi vәzifәsindә işlәmişdir. 1988-çi ildәn Daғıstan Jurnalistlәr İttifaqının üzvü olub. Hәmçinin Dәrbәnd şәhәrindә «Narın-Qala» әdәbi — yaradıçı çәmiyyәtinin sәdri olmuşdur. Әdәbi yaradıçılığa öz şe’rlәri ilә elә mәktәb illәrindәn başlayan Şıxibrahim Manaf oğlu, sonradan istedadlı bir şair sәviyyisinә yüksәlmiş, әdәbiyyatın bayatı, qoşma vә s. janrlarında gözәl şeirlәr müәllifi kimi tanınmışdır. Hәtta onun bir çox şeirlәrinә Azәrbayçanın adlı- sanlı bәstәkarları musiqi bәstәlәmişdir. Harada işlәmәsindәn asılı olmayaraq öz qarşısında qoyulan vәzifәlәrin öhdәsindәn baçarıqla gәlib.
Mәrhum Şıxibrahim Manafovun xatirәsi qәlәm yoldaşlarının, rayonun müәllimlәr kollektivinin, qohum- әqrәbasının, dost-tanışlarının qәlbindә daima yaşayaçaqdır.