Müəllif ZEYNƏB DƏRBƏNDLİ

DƏRBƏND QƏZETİ

İllərdən boylanıb bu günə kimi,
Başı uca gəlib Dərbənd qəzeti.
Bir əsir tarixlik, ulu yaşıyla,
Acılı şirinli xəbərlərini,
Bizlər ilə bölüb Dərbənd qəzeti.

Yüz illik yaşı var, uludan ulu,
Görüb minbir bəla, neçə sirləri.
Gün-gündən açılır qızıl gül kimi,
Hər kəsin qəlbində başqadır yeri.

Yazır həqiqəti, yazır doğrunu,
Hamının könlünü alır bu qəzet.
Öz dəqiq sözüylə, dürüstlüyülə,
Dünyaya səs-səmir salır bu qəzet.

Zeynəbi də alıb öz ailəsinə,
Doğma ocağ kimi əzizləyibdir.
Hər yerdə sözünü deyib, səslənib,
Bu qəzet doğrunu tam söyləyibdir.

05.09.2022.